Ay niyə rəng dəyişdirir?

MARAQLI
22:35 / 21.07.2025
37

Göyə baxdıqda Ayın bəzən lap ağ, bəzən sarımtıl, hətta qızılı rəngdə parladığını görürük. "Göy Ay" və ya "Qanlı Ay" kimi maraqlı adlarla anılan bu hallar adətən xüsusi astronomik hadisələrlə bağlı olsa da, Ayın öz işığının olmaması həqiqəti baş qarışdıra bilər. Bəs Ay sadəcə Günəşdən aldığı işığı əks etdirərkən necə olur ki, müxtəlif rənglərdə görünür? Cavab düşündüyünüzdən daha sadədir və tamamilə elmdə gizlidir.

HİT.az xəbər verir ki, Ay məlum olduğu kimi, özü işıq yaratmır. Eynilə bir güzgü kimi Günəşdən gələn işığı Yerə əks etdirir. Ayın səthindən götürülmüş nümunələr göstərir ki, peyimiz əsasən anortozit adlanan boz rəngli qayadan ibarətdir.

Bəzi daha tünd bölgələrdə bazalt tapılsa da, Ayın ümumi səthi homojen boz rəngə malikdir. Boz rəng isə işığı demək olar ki, bərabər şəkildə udur. Yəni işıq spektrinin hər dalğa uzunluğundan kiçik bir miqdarı udulur, qalanı isə Yerə əks olunur. Məhz bu sayədə Ay özünəməxsus boz-ağ görünüşünə sahib olur.

Ayın bizə necə göründüyünü müəyyən edən ən mühüm amil Yer atmosferinin vəziyyətidir. İşığın atmosferimizdə qət etdiyi yol və buradakı hissəciklərlə qarşılıqlı təsiri, gözümüzə çatan işığın dalğa uzunluqlarını böyük ölçüdə dəyişdirir.

Ay göydə zirvəyə (təpəyə) yaxın yerdə olduqda, işığın atmosferdə qət etdiyi yol qısadır. Bu halda işıq çox səpələnmədən demək olar ki, bütün ağ işıq bizə çatır və Ay parlaq və ağ görünür.

Lakin Ay üfuqə yaxınlaşanda vəziyyət dəyişir. İşığın atmosferdən keçərkən bucağı əhəmiyyətli dərəcədə böyüyür və qət etdiyi yol uzanır. Bu uzun səyahət zamanı işıq atmosferdəki qaz molekulları və toz hissəcikləri tərəfindən daha çox səpələnir. İşıq görünən spektrdəki bütün dalğa uzunluqlarını ehtiva etdiyinə görə, atmosfer hansı dalğa uzunluqlarının gözümüzə çatacağını təsir edə bilər. Bu da Ayın rənginin dəyişməsinə səbəb olur.

Məsələn, Ay tutulması zamanı baş verən Qanlı Ay hadisəsi bu mexanizmin ən yaxşı nümunələrindən biridir. Tutulma zamanı Günəş işığı Yerin atmosferindən keçərək Aya çatır. Bu zaman atmosferimizdəki hissəciklər göy işığın bütün dalğa uzunluqlarını udur və ya səpir. Göy işıq səpələndiyi üçün yalnız qırmızı və narıncı dalğa uzunluqları Aya çata bilər və oradan bizə əks olunur. Buna görə də Ay tutulmaları zamanı Ay qırmızı-narıncı rəngə bürünür.

Samir

0