Moda dünyasında təkrar qayıdan və tərzə incəlik qatan bir geyim elementi var - jilet.
HİT.az xəbər verir ki, "Grazia" jurnalının yazdığına görə, bu geyim parçası sadə kombinasiyaları belə zərif və tərzli göstərə bilir.
Moda ekspertlərinin fikrincə, yalnız bir jilet əlavə etməklə ən sərfəli və gündəlik tərzi belə dəbdəbəli bir görünüşə çevirmək mümkündür.
Jilet bu yay dəb xronikalarını və sosial şəbəkələri ələ keçirib. İnflyuenserlər onu həm klassik kostyum şalvarları ilə, həm də rahat gündəlik geyimlərlə – cins şalvar, şort və ətəklərlə birləşdirirlər. Yay fəslində isə bu geyim elementi həm rahatlıq, həm də üslub baxımından əsl tapıntıya çevrilib.
Bunun səbəbi aydındır – jilet “dəyişən funksiyalı” geyimdir. O, həm gündəlik, həm rəsmi, həm də axşam kombinasiyalarına asanlıqla uyğunlaşır. Brendlər bu gün hər üsluba və zövqə uyğun müxtəlif modellər təklif edirlər:
* Sərt kəsimli modellər top əvəzinə ofis tərzində istifadə edilə bilər;
* Kəmərlə vurğulanan dar jiletlər zəriflik qatır;
* Geniş, trikotaj və ya bağcıqlı modellər isə istirahət günləri üçün ideal seçimdir.
Onları istər bədənə birbaşa, istərsə də sadə köynəklə birləşdirərək geyinmək mümkündür – bu isə trendlə şəxsi rahatlıq arasında mükəmməl balans yaradır.
Əgər geyim tərzinizdə sadəliklə yanaşı dəbdəbə və şıqlıq axtarırsınızsa, jilet ideal seçimdir. Sadəcə özünüzə uyğun model tapın – və görünüşünüz dərhal dəyişəcək.
Samir