Günəşin də səsi var, amma biz onu eşidə bilmirik!

MARAQLI
21:37 / 31.07.2025
63

Günəş parlaq işığı və istisi ilə demək olar ki, hər gün özünü göstərir. Amma əslində onun bu görünən üzünün altında bizim heç vaxt eşidə bilməyəcəyimiz bir də səs var. Günəş dayanmadan səs dalğaları yaradır, üstəlik nəhəng ölçülərdə.

HİT.az xəbər verir ki, Günəşin daxili heç durmayan isti qazlarla doludur. Bu qazlar dərinlikdən səthə doğru böyük sürətlə yüksəlir. Saatda yüz minlərlə mil sürətlə hərəkət edən bu isti qabarcıqlar səthə yaxınlaşdıqca qaynar su kimi hərəkət etməyə başlayır. Məhz bu dinamik hərəkətlər Günəşin daxilində səs dalğalarının yaranmasına səbəb olur.

Lakin bu səslər bizim bildiyimiz mənada qulaqla eşidilə bilən səslər deyil. Günəşin daxilində dolaşan dalğalar təzyiq dalğalarıdır. Yəni eynilə səsin hava molekulları arasında titrəyərək irəliləməsi kimi. Amma çox daha böyük bir miqyasda.

Günəşin daxilinə baxmaq, onun sirlərini kəşf etmək heç də asan deyil. Səthin altında nə olduğunu görmək mümkün olmadığından, alimlər onun çıxardığı bu səsləri izləyərək məlumat toplamağa çalışır.

Səs dalğalarının hərəkəti keçdikləri maddənin quruluşundan asılı olaraq dəyişir. Əgər daxili qatlarındakı qazlar sıx və ya daha istidirsə, səs fərqli sürətlə irəliləyir. Bu fərqlər sayəsində tədqiqatçılar Günəşin daxili quruluşunu qat-qat xəritələyə bilir. Bu sahəyə "helioseysmologiya" (günəş səismologiyası) deyilir.

Bəs bu səslər niyə qulağımıza çatmır? Bunun iki əsas səbəbi var:

Birincisi, bu dalğaların dalğa uzunluqlarının inanılmaz dərəcədə uzun olmasıdır. Hətta yüzlərlə mil qədər uzun. Bu da onların tezliklərinin çox aşağı olduğu deməkdir. Bizim qulaqlarımız bu qədər aşağı tezlikləri qavraya bilmir.

İkincisi, Günəşlə aramızda böyük bir boşluq var. Səsin yayıla bilməsi üçün bir mühitə ehtiyacı var; hava, su ya da qaz kimi... Lakin kosmos demək olar ki, tamamilə boş olduğundan, bu səs dalğaları Yerə çata bilmir. Yəni Günəş nə qədər "səs-küy" salsın da, bu səslər səssizlikdə itib gedir.

Samir

0