Yerə Marsdan gəlmişik? - İnsanlığın mənşəyi haqqında şok iddia!

MARAQLI
20:39 / 06.08.2025
43

Marsdan gələn həyat toxumları nəzəriyyəsi elm dünyasında böyük əks-səda doğurub.

Elm dünyasında şok bir nəzəriyyə gündəmə gəlib. İddiaya görə, Yerdə insanlar əslində Marsdan gələn əcnəbilər ola bilər.

HİT.az xəbər verir ki, "Daily Star" qəzetində dərc olunan xəbərə görə, populyar elm yazarı Markus Çoun Qırmızı Planetin dünyadan əvvəl yaşana bilən olduğunu və həyatın Marsda başlayıb dünyaya daşınmış ola biləcəyini irəli sürüb.

Çoun "Instant Genius" podkastında verdiyi açıqlamada Marsdan qopan meteoritlərin dünyaya çataraq sadə bakteriyaları özləri ilə gətirmiş ola biləcəyinə diqqət çəkib. Mars səthində qədim çaylar və dəniz izlərinin tapıldığını qeyd edən yazar, həyatın Marsda başlayıb milyonlarla il sonra Dünyanı ziyarət etmiş olma ehtimalının yüksək olduğunu bildirib.

"Günəş Sistemində həyatın izini tapa biləcəyimiz çox yer var" deyən Çoun xüsusilə Yupiter və Saturnün buzlu peyklərindəki (Ganimed, Avropa, Titan) nəhəng dənizlərə işarə edib. Bu peyklərdə də həyat izləri aşkar edilə biləcəyini söyləyib.

Astrofizika sahəsində magistr dərəcəsi olan Markus Çounun bu iddiası, insanlıq tarixinə və mənşəyinə dair çoxlu sualı yenidən gündəmə gətirərkən, ağıllara isə bu sualı gətirir: "Bəs həqiqətən Marslımıyıq?"

Samir
 

0