Kükürd - kainatda yayılmışlığına görə onuncu elementdir və planetlərin, ulduzların və həyatın özünün əsas tikinti bloklarından biridir. Lakin əvvəlki müşahidələr həmişə reallıqda olması gözləniləndən daha az miqdarda molekulyar formada kükürd aşkar edirdi və bu sirr astrokimyaçıları uzun müddətdir narahat edirdi.
HİT.az-ın "Interesting Engineering"ə istinadən məlumatına görə, indi beynəlxalq tədqiqatçılar qrupu güman edir ki, itkin kükürd yox olmayıb, daha çox ulduzlararası buzdaxilində gizlənir.
"Nature" jurnalında dərc olunan tədqiqat göstərir ki, kosmosun soyuq şəraitində kükürd atomları bir-biri ilə birləşərək, buz kristallarının səthində iki "sabit konfiqurasiya" yarada bilər.
Onlardan biri - səkkiz kükürd atomundan ibarət halqa olan oktaser tacıdır. Digəri isə hidrogen atomları ilə birləşmiş kükürd atomları zəncirindən ibarət olan polisulfandır. Bu formalaşmalar kükürdü buzun içərisində bərk halda saxlayır ki, bu da onun adi qaz fazası ölçmələri ilə aşkarlanmasının niyə çətin olduğunu izah edir.
Üstəlik, kükürdün molekulyar quruluşu daim dəyişir. Bu element sabit formada qalmır, tac və zəncir kimi konfiqurasiyalar arasında keçid edir. Nəticədə, kükürd rabitələrinin yüksək qeyri-sabitliyi səbəbindən onların "James Webb" kimi teleskoplarda istifadə olunan standart üsullarla aşkarlanması çətin bir vəzifədir.
Lakin qrupun buzdaxilində kükürdün sabit formalarını müəyyən etməsi sayəsində, astronomların indi gələcək tədqiqatlar üçün aydın planı var.
Xüsusilə, tədqiqat göstərir ki, ulduzlararası fəzanın bu buzlu bölgələrində çox güman ki, kükürd ehtiyatı mövcuddur. İndi astronomlar güclü radioteleskoplardan istifadə edərək tədqiqatlarını ulduzformalaşma bölgələrinə cəmləyə bilərlər. Gözlənilir ki, bu yüksək enerjili mühitlərdə buz molekulları sublimasiya olacaq (bərk haldan qaz halına keçəcək) və potensial olaraq təsbit edilə bilən formalarda tutulmuş kükürdü sərbəst buraxa bilər.
Əvvəllər alimlər 36 milyard Günəş kütləsi olan ən böyük qara dəliklərdən birini aşkarlamışdılar.
Həmçinin biz alimlərin nəhayət ki, Yerə hər 44 dəqiqədən bir 15,000 işıq ili uzaqlıqdan gələn kosmik qeyri-adi siqnalın mənbəyini açdıqları barədə də məlumat vermişdik.
Samir