Astronomlar TRAPPIST-1 d-ni potensial “Yer əkizləri” siyahısından çıxarıblar. Ceyms Uebb Kosmik Teleskopunun yeni müşahidələri göstərir ki, bu ekzoplanetdə Yer atmosferinə bənzər atmosfer yoxdur.
HİT.az xəbər verur ki, araşdırma "The Astrophysical Journal" (AstroJournal) jurnalında dərc olunub.
TRAPPIST-1 d, 40 işıq ili uzaqlıqdakı qırmızı cırtdanın ətrafında fırlanan yeddi Yer ölçülü planetdən ibarət sistemin bir hissəsidir. Bu planet alimlərin xüsusi marağına səbəb olub, çünki o, ölçülərinə görə Yerə yaxındır, qayalı səthə malikdir və yaşayış üçün əlverişli zonanın kənarında, temperaturun səthdə maye suyun mövcud olmasına imkan verə bilən ərazidə yerləşib. TRAPPIST-1 d potensial yaşayış əlamətlərini axtarmaq üçün ən perspektivli namizədlərdən biri hesab olunurdu.
Ancaq son məlumatlar bu gözləntiləri təkzib edib. NIRSpec cihazı atmosferində su, metan və ya karbon dioksid molekullarını aşkar etməyib. Tədqiqatın rəhbəri Caroline Pionun fikrincə, bu, planetin ya Mars kimi son dərəcə nazik atmosferə, ya da Venera kimi sıx buludlara malik olması, ya da heç bir atmosferin olmaması demək ola bilər.
Alimlər sistemin daha uzaqda yerləşən planetlərini - e, f, g və h-ni öyrənməyə davam edirlər. Daha soyuq olsa da, ulduzdan uzaqda olduqları üçün atmosferi saxlamaq şansları daha yüksək ola bilər.
"TRAPPIST-1 d, çox güman ki, həyat üçün şəraitdən məhrumdur, lakin biz yeni başlayırıq", deyə müəlliflər qeyd ediblər.
Samir