Şüşə işığı necə keçirə bilir?

MARAQLI
21:38 / 19.08.2025
39

Şüşə insan mədəniyyəti üçün çox əhəmiyyətli bir məhsuldur. İşığı keçirə bilməsi sayəsində daha sağlam və qorunqalı evlər tikmək və ya bu gün sənayenin bir çox sahəsində ondan istifadə etmək mümkündür. Bəs şüşə işığı necə keçirir?

HİT.az xəbər verir ki, əslində, bu gün bildiyimiz şəkildə ev pəncərələri 17-ci əsrin Britaniyasında meydana çıxıb. Şüşə istehsalı bu nöqtəyə çatana qədər böyük inkişaf göstərib və pəncərələrin möhkəm, müntəzəm istifadə edildiyi və mükəmməl göründüyü müasir texnologiyaya çatmaq üçün uzun yol qət edib.

Şüşənin işığı keçirməsinin əsas səbəbi silikanın (qumun) əridilməsi və sürətlə soyudularaq nizamsız (amorf) bərk cisimə çevrilməsidir. Bu nizamsız quruluş sayəsində işıq taxta kimi materiallarda olduğu kimi səpələnmədən və ya maneə olunmadan keçə bilir. Şüşə əridildikdən sonra sürətlə soyudulduqda atom və molekullar təsadüfi qaydada donur; bu quruluş işığın görünən dalğa uzunluqlarında şüşədən rahat keçməsinə imkan verir.

Şüşə kimi materiallarda elektronların enerji səviyyələri arasında keçid etməsi üçün çox yüksək enerji lazımdır və görünən işıq fotonları bu keçidi tetikleyəcək qədər güclü deyil. İşıq udulmaq və ya əks olunmaq əvəzinə sadəcə içindən keçir. Buna görə də şüşənin içini görə bilirik, çünki şüşə görünən işığa qarşı şəffafdır.

Şüşənin niyə şəffaf olduğunu daha dərindən başa düşmək üçün onun tam olaraq necə hazırlandığını izah etmək vacibdir. Şüşə həyatına qum kimi başlayır. Hər hansı qum deyil, içində kvars kristalları olan qum seçilir. Qum əridilmək üçün 3000 Farengeyt dərəcə (≈1649°C) üzərində qədər qızdırılır və bu kvarsın kristal quruluşunu itirməsinə səbəb olur. Soyuduqca nizamsız bərk cismə çevrilir; yəni molekulyar baxımdan maye ilə bərk cisim arasındadır.

Samir


 

0