Yerə ən uzaq ulduz, əslində ulduz olmaya bilər

MARAQLI
22:17 / 19.08.2025
42

Yerə bu günə kəşf etdiyimiz ən uzaq ulduzun əslində ulduz olmaya biləcəyi anlaşılıb. Bəs ulduz kimi parlaq və işıq saçan bu nəhər nə ola bilər?

HİT.az xəbər verir ki, Earendel adı ilə tanınan və indiyə kəşf edilən ən uzaq göy cismi kimi qiymətləndirilən ulduzun əslində bir ulduz olmaya biləcəyi iddia edilir. Habbl Kosmik Teleskopunun 2022-ci ildə kəşf etdiyi bu cism Ceyms Uebb Kosmik Teleskopunun (JWST) NIRCam və NIRSpec məlumatları ilə yenidən təhlil ediləndə daha mürəkkəb bir təbiətə işarə edir.

Bizdən 12,9 milyar işıq ili uzaqlıqdakı "Günəş Doğuşu Qövsü" (Sunrise Arc) qalaktikasında yerləşən Earendel, Eynşteynin ümumi nisbilik nəzəriyyəsində nəzərdə tutulan, kütləli cisimlərin yanından keçən işığı əyən kütlə çəkimi qravitasiya linzalanması adlı bir hadisə ilə kəşf edilib. Yer ilə Earendel arasında yerləşən nəhəng qalaktika qrupu elə böyükdür ki, məkan-zaman toxumunu əyərək astronomlara əks halda müşahidə edilə bilməyəcək qədər solğun olan Earendel işığını görməyə imkan verən böyütmə effekti yaradır. Tədqiqatlar ulduzun bu kütlə çəkimi qravitasiya linzalanma effekti sayəsində ən azı 4.000 dəfə daha böyük göründüyünü göstərir.

Aparılan spektroskopik təhlillər cismin parlaqlıq və spektral nümunəsinin tək bir ulduz ola bilməyəcəyini, daha çox bir ulduz qrupunun birləşmiş işığına bənzədiyini göstərir. Lakin bu hal qəti bir qənaət çıxarmaq üçün kifayət deyil.

Hələlik bu cismin həqiqətən bir ulduzmu, yoxsa eyni bölgədən gələn bir neçə ulduzun birləşmiş işığımı olduğu aydın deyil.

Elm adamları hələ də Yerdəki okeanların çox böyük bir hissəsi kəşf edilməmişkən, yenə də bu sirli ulduz üzərində çalışır və 13 milyar işıq ili uzaqlıqdakı bu işıq şüasının sirri açıldıqda ehtimalla başımız da göyə qalxacaq.

Samir
 

0