Alimlər şəhərdən gələn mambaları tədqiq etdi - Nəticələr heyrətləndirdi

MARAQLI
19:40 / 22.08.2025
51

Zəhərli qara mambalar gözlənilməz "ekoloji göstəricilər" ola bilər. Alimlər müəyyən edib ki, bu ilanların pulcuğunda təhlükəli ağır metallar - qurğuşun, kadmium, mis və civə toplanır. 

HİT.az xəbər verir ki, bu barədə "Discover Wildlife" nəşri yazır.

Tədqiqat liman şəhəri olan Durbanda (Cənubi Afrika Respublikası) aparılıb, burada mütəxəssislər 61 mamba tutublar. Bu ilanlar evlərə, fabriklərə və müəssisələrə daxil olururlar. İlanlar öldürülməyib – onlardan ancaq kiçik pulcuq nümunələri götürülüb, bundan sonra onları təbii yaşayış yerlərinə buraxıblar. Həmçinin, yol qəzasında və ya insanlarla qarşıdurmada həlak olan 33 sürünənin toxumaları da tədqiq edilib.

Sənaye rayonlarından olan ilanlarda əhəmiyyətli dərəcədə yüksək zəhərli metal qatılığı aşkar olunub. Qorunan yaşıl zonalardan olan sürünənlər isə əhəmiyyətli dərəcədə aşağı çirklənmə göstəricilərinə malikdirlər.

Pulcuğun kəsmə metodu heyvanların özləri üçün effektiv və təhlükəsiz olduğunu sübut edib.

"Ətraf mühitin vəziyyətini sürətlə və heyvana zərər vermədən izləyə bilərik. İnsanların ənənəvi olaraq qorxduğu qara mambalar, əslində, çirklənmə ilə mübarizədə bizə kömək edə bilərlər", deyə Vitvaterstrand Universitetinin herpetoloqu Qrem Aleksandr qeyd edib.

Samir
 

0