Plastik bir qaşıqla belə kəsilməsi mümkün olan metal: Sezium nədir və niyə təhlükəlidir?

MARAQLI
22:16 / 25.08.2025
39

Elm dünyasının ən maraqlı elementlərindən biri olan sezium (Cs), yumşaqlığı və reaktivliyi ilə adi metallardan ayrılır. Hətta plastik bir qaşıqla belə kəsilə biləcək qədər yumşaq olan bu metal, eyni zamanda ölümcül dərəcədə təhlükəlidir.

HİT.az xəbər verir k, qızıl kimi parıldayan bu maddə, otaq temperaturunda belə güclə sabit qalarkən, 30 dərəcəyə yaxın bir istidə əriməyə başlayır. Bu da insan bədəninin istiliyinin belə seziumu maye hala gətirmək üçün kifayət etdiyi mənasını verir.

Seziumun bu qədər təhlükəli olmasının əsas səbəbi isə su ilə təmas etdikdə verdiyi şiddətli reaksiyadır. Ən kiçik bir damla belə partlamaya səbəb olacaq qədər böyük bir enerji açığa çıxara bilir. Hətta yalnız havadakı rütubətlə təmas etməsi belə ciddi nəticələr yarada bilər. Bu reaksiya zamanı intensiv istilik, yüksək təzyiq və yanıcı hidrogen qazı ortaya çıxır. Buna görə də sezium adi bir qabda deyil; xüsusi olaraq hazırlanmış şüşə ampullərdə, hava keçirməyən mühitdə, mineral yağların altında və ya vakuumlu qablaşdırmalarda saxlanılmalıdır.

Onun yumşaq quruluşu da bu qeyri-sabitliyin bir yan məhsuludur. Mohs sərtlik şkalasına görə insan dırnağının sərtliyi 2.5 ikən, seziumun sərtliyi yalnız 0.2-dir. Yəni talkdan, qrafitdən və bir çox yumşaq maddədən belə daha kövrəkdir. Toxunduqda forması pozulur, yüngülcə istidə əriyir, suya dəydikdə isə şiddətlə partlayır...

Bu qədər riskli bir elementin qiyməti isə heç də aşağı deyil. Yüksək keyfiyyətdə bir qram sezium, 10 dolların üzərində bir dəyərə malikdir. Ucuz deyil, çünki istehsalı çətin, daşınması təhlükəli və qorunması olduqca məşəqqətlidir.

Lakin bu qədər təhlükəli bir elementin bu qədər dəyərli olmasının, əlbəttə ki, əsaslı bir səbəbi var. Sezium atom səviyyəsində fövqəladə həssaslığa malikdir. Titrətmə tezliyi o qədər sabitdir ki, zamanın ən dəqiq şəkildə ölçülməsində istinad kimi istifadə edilə bilir. Bu gün istifadə etdiyimiz atom saatlarının əsasında sezium durur. GPS sistemlərindən maliyyə şəbəkələrinə, laboratoriya cihazlarından kommunikasiya altqurularına qədər bir çox sistem, saniyənin dəqiqliyini təmin etmək üçün seziuma etibar edir.

Gündəlik həyatda birbaşa istifadə sahəsi demək olar ki, yox dənəcək az olsa da, seziumun xüsusi sahələrdə əhəmiyyətli rolları var. Vakuum lampalarında, infraqırmızı detektorlarda, işığa həssas bəzi sensorlarda və neft qazma texnologiyalarında sezium birləşmələrindən istifadə olunur. Həmçinin radioaktiv sezium izotopları, tibbdə hədəflənmiş xərçəng müalicələrində də istifadə edilə bilər.

Qızıla bənzəyən görünüşünə baxmayaraq, sezium onun tam əksi bir xarakter daşıyır: Qeyri-sabit, aqressiv və olduqca incə... Ona yaxınlaşmaq xüsusi bilik, düzgün avadanlıq və ciddi diqqət tələb edir. Lakin bütün bu risklərin arxasında, müasir dünyanın dəqiq ölçmə ehtiyacına xidmət edən qiymətsiz bir element durur.

Samir

0