Alimlər bu günə qədər yaradılmış ən sintetik canlını hazırladılar

MARAQLI
14:00 / 25.08.2025
45

Mütəxəssislər dünyadakı hər hansı bir canlıdan daha sadələşdirilmiş və dəyişdirilmiş genetik koda malik yeni bir bakteriya növü yaradıblar.

HİT.Az xəbər verir ki, alimlər "Syn57" adlandırılan sintetik "Escherichia coli" bakteriyasının, həyatın əsas dilini təşkil edən 64 koddan (kodon) yalnız 57-sinin istifadə edilməsi ilə bədənini quracağı şəkildə dizayn edildiyini açıqlayıb. Bu, bu günə qədər əldə edilmiş ən ‘kiçildilmiş’ genetik plan kimi qeydə alınıb.

Kod (kodon) DNA və ya RNA-dakı 3 nukleotiddən ibarət vahidin adıdır. DNA və RNA-nın əlifbası 4 hərfdən (nukleotid) ibarətdir: A, T, G, C. Bu hərflər üçlü qruplar şəklində düzülür. Hər üçlü, yəni kod (kodon) bir məna daşıyır. Həyatın tərifi üç nukleotiddən ibarət 64 fərqli kod (kodon) əsasında qurulub.

Hüceyrələr bu üç hərfli kodları oxuyaraq hansı amin turşusunun istehsal ediləcəyini və zəncirə hansı sıra ilə əlavə ediləcəyini müəyyən edir. Lakin təbiətdəki sistemdə lazımsız təkrarlar var; canlılar 20 amin turşusu ilə yaşaya bilir, nəticədə bir çox kod eyni funksiyanı daşıyır.

İngiltərədəki Tibbi Tədqiqatlar Şurasının Molekulyar Biologiya Laboratoriyasının tədqiqatçıları bu təkrarları aradan qaldırmaq üçün bakteriyanın bütün genomunu sıfırdan dizayn ediblər. Bəzi əməliyyatlar üçün genetik kodda 101 mindən çox dəyişiklik olunub. Genetik hissələr kompüterdə dizayn edildikdən sonra kiçik bölmələr halında bakteriyalara ötürüldü və sınaqdan keçirilib. Daha sonra bu hissələr birləşdirilərək tamamilə sintetik və işlək halda bir bakteriya əldə edilib.

Tədqiqatın baş yazarlarından sintetik bioloq Uesli Robertson prosesin çətinliklərini vurğulayaraq deyib: "Bəzən həqiqətən ölü nöqtədəyik, yoxsa bunu tamamlaya bilərikmi deyə düşündük".

"Syn57" genetik kodun ciddi şəkildə sıxışdırılmış forması ilə həyatın davam etdirilə biləciyini göstərir. Bundan əlavə, boş qalan kodlar fərqli rollar üçün yenidən təyin edilə bilir. Tədqiqatçılar bunun yeni sintetik polimerlər və makrosikllər inkişaf etdirmək imkanı təqdim etdiyini bildirirlər. "Syn57"nin qeyri-adi genetik kodu viruslar tərəfindən oxuna bilmir. Bu xüsusiyyətin, bakteriyaların sənaye miqyasında zülal istehsalında virus səbəbli itkiləri azalda biləcəyi gözlənilir.

Samir

0