Dünyanın 6-cı böyük kütləvi məhv dövrünü yaşayırıq?

MARAQLI
15:43 / 28.08.2025
44

Dünya tarixindəki əvvəlki beş kütləvi yoxoluş hadisəsindən sonra bir çox elm adamı planetin indi altıncı kütləvi yoxoluş mərhələsinə doğru irəlilədiyini qiymətləndirir.

HİT.az xəbər verir ki, bu proses adətən yavaş inkişaf edir və minlərlə və ya milyonlarla il ərzində davam edir. Dünyadakı son kütləvi yoxoluş hadisəsi təxminən 65 milyon il əvvəl baş verən və dinozavrların 76%-nin məhv olmasına səbəb olan Təbaşir Dövrünün Sonu hadisəsi idi.

Əvvəlki mərhələlərdə isə Üçüncü Trias dövründəki sualtı vulkanizm və Permian Dövrünün Sonundakı temperatur artımı kimi hadisələr oxşar böyükmiqyaslı itkilərə səbəb olmuşdu.

Bugün isə elm adamları altıncı kütləvi yoxoluşun əsas səbəbinin insan fəaliyyətləri olduğu mövzusunda həmfikirdirlər. İqlim dəyişikliyi, təbii yaşayış mühitlərinin məhv edilməsi, həddindən artıq istehlak və meşələrin qırılması kimi təsirlər ekosistemləri getdikcə daha çox təzyiq altına alır.

Dünya Təbiəti Mühafizə Fondunun məlumatlarına görə növlərin məhv olma sürəti, əgər insan təsiri olmasaydı, gözləniləndən minlərlə dəfə yüksək olardı.

Elmi tədqiqatlar təkcə növlərin məhv olmadığını, həm də canlı populyasiyaların da genişmiqyaslı daralmalara məruz qaldığını göstərir. Bu vəziyyəti bəzi tədqiqatçılar "bioloji yoxoluş" termini ilə təyin edir və bu təsirin həm ekosistemlərə, həm də insan cəmiyyətlərinə ciddi təsirlər göstərə biləcəyini vurğulayır. Həmçinin aparılan təhlillər göstərir ki, bir növ tamamilə məhv olmazdan əvvəl belə onun populyasiyası dramatik şəkildə azalır və bu vəziyyət ekosistemin işləyışinə zərər verə bilər.

Bəs bütün insanlıq məhv olsa, mədəniyyətimizdən izlər qalar mı? Milyonlarla il sonra dünyanı ziyarət edəcək kosmik səyyahlar və ya dünyada yaşayacaq yeni nəsil insanlar bizdən izlər tapa bilərmi? Bu mövzuda da maraqlı fikirlər var. Fikirləşirlər ki, sənayemizin istehsal etdiyi hər şeyin - binaların, betonun, poladın, plastikin, neftin milyonlarla il ərzində əriyib torpağa çevriləcəyini və təbiətə qarışacağını.

Bu iddianın maraqlı bir nümunəsi isə ABŞ-ın Texas ştatında yerləşən məşhur "London Çəkici"dir. 65 milyon yaşı olduğu müəyyən edilmiş bir qayanın içində tapılan bu çəkicin milyonlarla il əvvəl dünyada yaşamış başqa bir mədəniyyətdən qaldığına inanılır. Həmin dövrdəki kütləvi yoxoluşdan sonra, 65 milyon il keçmiş, o mədəniyyətin istehsal etdiyi hər şeyin təbiətə qarışdığı və buna görə də onlardan heç bir iz qalmadığı "konspirasiya nəzəriyyəsi" də geniş şəkildə ifadə olunur. Əgər bugünkü mədəniyyətimiz məhv olsa, bizim izlərimizin də bu şəkildə təbiətin içində əriyib yox olacağı gözlənilir.

Samir

0