Dünya okeanının ən təəccübləndirici canlılarından biri şəffaf başı olan balıqdır (barreleye fish). Onun digər adları boruculu gözlü balıq və ya kiçikağız makropinna adlanır. Bu dərin dəniz sakininin şəffaf başı, boruculu gözlərinin yuxarıya, eynilə bir avtomobilin panoramik sənraykından baxırmış kimi, baxaraq ovunu izləməsinə imkan yaradır.
HİT.az xəbər verir ki, bu barədə "Iflscience" yazıb.
Nəşr olunan məlumata görə, bu balıq adətən okeanın qaranlıq dərinliklərində hərəkətsiz oturur, gözlərini yuxarı qaldırır və yuxarıdan gələn ovunun siluetini seçmək üçün həssas görmə qabiliyyətindən istifadə edir. Gözlərindəki yaşıl piqmentlərin yuxarıdan səthdə qalan günəş işığını süzərək, balığın üstündəki meduzaların və digər canlıların zəif bioluminescent parıltısını daha yaxşı görməsinə kömək etdiyi güman edilir.
Makropinnanın rasionunun bir hissəsini meduzaların şillələri ilə tutduğu xırda xərçəngkimilər və digər heyvanlar təşkil edir. Balığın qeyri-adi görmə sistemi ona ovunu izləməyə kömək edir, maye ilə dolu şəffaf başı isə onu şillələrin inyeksiya hüceyrələrindən qoruyur.
Barreleye balığı ilk dəfə 1939-cu ildə təsvir edilib. Alimlər onun Yer okeanlarında nə qədər geniş yayıldığını dəqiq bilməsələr də, ən çox müşahidə Sakit okeanın şimal hissəsində - Berinq dənizindən Yaponiya və Aşağı Kaliforniyaya qədər olan ərazidə qeydə alınıb.
Balığın maye ilə dolu baş örtüyü səthdəki aşağı təzyiq səbəbilə, onu torla sudan çıxaranda tez-tez dağıldığı üçün o, nadir hallarda elmi təsvirlərə və ya rəsmlərə düşür.
Lakin 2009-cu ildə MBARI tədqiqatçıları bir neçə saat gəmidəki akvariumda sağ qala bilən canlı bir nümunəni lentə almaq fürsəti əldə ediblər. Bu nadir müşahidə balığın boruculu gözlərini qarşıya, önünə doğru çevirərək yeməyə diqqətini yönəldə bildiyini təsdiqlədi və beləliklə də, onun baxışının həmişə yuxarıya doğru olduğu barədəki köhnə fikri təkzib edib.
Həmçinin, balığın bu cür davranışı Mərkəzi Kaliforniya sahillərində, 600-800 metr dərinlikdə uzaqdan idarə olunan sualtı aparatlarla (ROV) çəkilmiş görüntülərdə də qeydə alınıb.
Barreleye şəffaf bədən hissələri inkişaf etdirmiş yeganə növ deyil. Şüşə kalamarlar demək olar ki, tamamilə şəffafdır - bu hiylə sayəsində onlar dərin dənizdə ovlarını və yırtıcıları aldatmaq üçün kamuflyaj edə bilirlər.
Yerin səthində, Mərkəzi və Cənubi Amerikada yaşayan şüşə qurbağaların da şəffaf qarıncıqları var, bu da onların ürək, qaraciyər və digər daxili orqanlarını görməyə imkan verir. Bu da bir növ kamuflyaj rolunu oynayır: qurbağaların yarpaqlarla qarışaraq yırtıcılar, xüsusən də yuxarıdan baxanlar üçün daha az görünən olmasına kömək edir.
Samir