Qıvrım saçlar yenə də dəbə minib: müasir kəsimlər və yaradıcı saç düzümü variantları hər bir buklanın özünü göstərməsinə və parlamasına imkan verir. Podiumlardan şəhər küçələrinə qədər saçın fakturası və forması yeni şərh alaraq, müxtəlif yaşlı qadınlara öz fərdiiliyini vurğulamağa imkan verir.
HİT.az xəbər verir ki, bu barədə "Parade" jurnalı yazıb.
Yaşla birlikdə saçın strukturu dəyişə bilər, daha yayvan və ya yeni faktura qazana bilər. Bu da ideal kəsik seçimini eyni zamanda həm maraqlı, həm də mürəkkəb bir prosesə çevirir. Qıvrım saçlar müxtəlif ola bilər: sıx, tüstü kimi yumşaq, yayvan və ya nazik, buna görə də universal həll yolu yoxdur.
2025-ci il üçün 50+ yaşlı qıvrım saçlı qadınlarda saç düzümü moda tendensiyaları
Qısa "pixie" düzümündən uzun kaskadlara qədər - qıvrım saçlar cəsarətli formalar və fakturalar üçün imkanlar açır və həmçinin qadının xarakterini və stilini əks etdirən bir imic yaratmağa imkan verir.
Aşağıda məşhurlar və peşəkar stilistlər tərəfindən tövsiyə edilən, qıvrım saçlar üçün nəzərdə tutulmuş və düzümü sadə və təsirli etməyə kömək edəcək yeddi kəsik və saç modeli təqdim olunur. Onlar 50 yaşdan yuxarı qadınlar üçün ideal olacaq.
Qıvrım "Şeq" kəsiyi. Həcm, hərəkət və təbii görünüşü birləşdirir. 70-ci illərdən populyar olan bu kəsik saçın fakturasını mükəmməl şəkildə vurğulayır və yüngüllük hissi yaradır. Çoxqatlı quruluş həcm verir və üzdə "üçbucaq" formasının yaranmasının qarşısını alır. Stilist və Tek-nin səfiri Lori Hips qeyd edib ki, bukllara parıltı vermək üçün yuyulmayan krem və ya musdan istifadə edə, düzümdən sonra isə bir neçə damcı yağ sürtə bilərsiniz. Nəticə: oynaq, canlı və təbii görünüş.
90-cı illərin "Diva" kəsiyi. Böyük və yayvan buklları vurğulayır. O, müxtəlif yaşlı qadınlara uyğundur: ənsə hissəsində həcm təmin edir, üz ətrafında isə yumşaq qatlar dinamiklik yaradır. Evdə bu görünüşü təkrarlamaq üçün başınızı bir az arxaya əyin və diffuzor köməyi ilə kökləri qaldıraraq buklların açılmasına imkan verin. Bu saç modeli özgüvən və yüngüllük bəxş edərək, imici enerjili və cəlbedici edir.
Klassik "Pixie" kəsiyi. Hər bir buklun fərdiiliyini vurğulayır. Beachwaver Co-nun təsisçisi Sara Potempın qeyd etdiyi kimi, bu saç modeli saçın fakturasını nümayiş etdirir və mürəkkəb qulluq tələb etmir. Düzüm üçün nəm saça mus sürtmək və diqqətlə barmaqlarla forma vermək kifayətdir. Minimum səy - maksimum təbii effekt.
Qıvrım "Bob" kəsiyi. Səliqəli görünür, eyni zamanda buklların hərəkət azadlığını qoruyur. Xüsusilə yan ayrım və ya yüngül kəkil ilə çox gözəl görünür. Stilist gel istifadə etməyi və buklları barmaqlarla və ya buruq maşası ilə formalaşdırmağı, yayvanlıq və struktur üçün yüngül taraqla bitirməyi məsləhət görür. Nəticə - bütün gün ərzində oynaq və zərif bir görünüş.
Yüksək "quyruq" düzümü. Bukllara diqqət mərkəzində qalmağa imkan verir, eyni zamanda rahatsızlıq yaratmır. Kənarları hamarlamaqla başlayın, saçı yayvanlığı qorumaq üçün sərbəst şəkildə yığın. Faktura vermək üçün sprey və parıltı üçün bir az yağ əlavə edin. Belə bir saç modeli universaldır: həm gündüz çıxış, həm də axşam tədbiri üçün uyğundur.
Bucaqlı "Bob" kəsiyi. Qıvrım saçları əla şəkildə açır, boyun hissəsində artıq həcmi götürür və qısa buklların uzun olanları dəstəkləməsinə imkan verir. Üzü əhatə edən qatlar saç modelini canlı və hərəkətli edir. Yüngül kondisioner spreyi buklları ağırlaşdırmadan onları aydın və parlaq saxlamağa kömək edəcək.
Çoxqatlı "Kare" kəsiyi. Bukllara azadlıq verir, onların hərəkətliliyini vurğulayır və eyni zamanda formanı qoruyur. Düzümdən əvvəl nəmliyidirici krem və ya yuyulmayan kondisioner çəkmək hər bir buklu vurğulamağa kömək edir. "Hər bir buklu ayrıca" üsulu harmonik forma təmin edir və saçın təbii fakturasını vurğulayır. Hər 8-12 həftədən bir müntəzəm kəsim həcmi və saç modelinin cəlbediciliyini qoruyur.
Samir