Mükəmməl tətilin formulu nədir? - Cavabı elm verdi

MARAQLI
17:24 / 01.09.2025
45

Tətil deyildiyində ilk ağla gələn şey günəşli bir dəniz sahilində, rahat bir oteldə, dəniz-günəş-qum tətili etmək olur. Amma bu klişe, insan bədəninin tam olaraq dincləməsinə və "tətil etdim" hissini yaşamasına çox uyğun olmaya bilər.

HİTaz xəbər verir ki, "easyJet Holidays" tədqiqatçıları 2.000 nəfərə ideal tətillərinin necə olmasını istədiklərini soruşub. Bu bazar araşdırmasına görə, dinclədirici mükəmməl tətil haqqında insanlar arasındakı ortaq görüş ortaya çıxıb. Həmçinin bu araşdırmanın nəticələri həkimlər tərəfindən də incələnərək hesabatlaşdırılıb.

Buna görə, mükəmməl tətilin formulunun 6,1 saat yuxu və ardınca 4,8 saat günəş işığı olduğu müəyyən edilib. Hətta 2,2 saatlıq fiziki fəaliyyətin də bu formulə daxil edilməsi, təsiri gücləndirir. Amma bu fiziki fəaliyyətə, dənizdə üzmək də daxil edilə bilər.

Bundan əlavə, ekranlardan uzaq qalmaqda çətinlik çəkənlər üçün, yuxudan başqa 3,9 saatın ekranlardan uzaq keçirilməsi də tövsiyə olunur ki, bu da bizim dövrümüzün sosial media və internet asılısı normal insanı üçün çətin bir imtahan ola bilər.

Samir
 

0