Beynəlxalq alimlər komandası müəyyən etdi ki, musiqi təkcə emosiyalar və xatirələr oyada bilməz, həm də birbaşa olaraq bizim nəyi xatırlamamıza – hadisənin ümumi məzmununu və ya detallarını təsir göstərə bilər. Musiqi dinlədikdən sonra yaranan emosional həyəcan, yaddaşın balansını "qlobal" və ya "detallı" qavrayış istiqamətində dəyişə bilir.
HİT.az xəbər verir ki, tədqiqat "The Journal of Neuroscience" (JN) jurnalında dərc edilmişdir.
Təcrübədə 130 tələbə iştirak edib. Məişət əşyalarının şəkillərinə baxdıqdan sonra onların bəziləri müxtəlif emosional rəngarəngliyə malik klassik musiqi, digərləri isə neytral səslər və ya səssizlik dinləyiblər. Daha sonra onlardan artıq görmüş olduqları şəkilləri yeni və ya oxşar şəkillərdən fərqləndirmək istənib.
Məlum olub ki, yaddaşın keyfiyyətinə musiqinin janrı deyil, bilavasitə emosional həyəcan səviyyəsinin dəyişməsi təsir göstərir. Orta dərəcədə həyəcanlanan iştirakçılar kiçik detalları daha yaxşı xatırlayırlar, güclü həyəcan və ya əksinə, onun azalması isə yaddaşda yalnız ümumi məzmunun saxlanmasına kömək edir.
Müəlliflər vurğulayırlar ki, bu kəşf yaddaş və əhvali-ruhiyyə pozuntuları üçün terapiya üsullarının işlənib hazırlanması üçün əhəmiyyət kəsb edə bilər. Lakin, musiqiyə reaksiya yüksək dərəcədə fərdi oldu: klassika hamıda eyni emosiyaları oyatmadı. Buna görə də alimlər növbəti addımı fərdiləşdirilmiş musiqili seçimlərlə tədqiqatlar aparmaqda görürlər.
Samir