"Google Xəritələr"də kəşf edilən maraqlı bir görüntü internet istifadəçiləri arasında yeni bir sirr mübahisəsini alovlandırıb.
HİT.az xəbər verir ki, Antarktika sahilindən təxminən 145 kilometr məsafədə, donmuş ərazinin ortasında yerləşən dairəvi formalı cisim "UNO" mübahisələrini yenidən gündəmə gətirib. Uçan bir cisim olmamasına baxmayaraq, görüntüdəki cisim bəzi istifadəçilər tərəfindən gizlənmiş bir kosmik gəmi kimi şərh edilib.
Sözügedən obyekt qayalıq bir ərazinin dərhal aşağısında yerləşmiş kimi görünür və bu formasıyla həm sirli, həm də diqqətçəkən bir görünüş sərgiləyir. Bəziləri bu qurğunun uzaylılara aid bir texnoloji hissə ola biləcəyini düşünsə də, bəziləri isə bunun tamamilə təbii bir geoloji formasiya olduğunu müdafiə edir.
ABŞ-li UNO tədqiqatçısı Skott C. Varinq bu sirli qurğunun görüntülərini "YouTube" vasitəsilə paylaşaraq, "UNO hələ də oradadır! Xilas etmək çətindirmi, yoxsa hələ də aktiv istifadə edilirmi?" sualını gündəmə gətirib. Varinqin paylaşdığı koordinatlar 66°16'24.5″C 100°59'03.5″Ş-ni göstərir. Bu nöqtə Mill adasına təxminən 70 kilometr, Polşaya aid lakin nadirən istifadə edilən A.B. Dobrovolski Antarktika Stansiyasına isə cəmi 10 kilometr məsafədə yerləşir.
Cisim ətrafındakı qar və qayalıqlarla ziddiyyət təşkil edən qara rəngiyla diqqət çəkir. Kənar hissəsində isə metallik parıltı və ya xətt olduğu iddia edilir. "Google Xəritələr"in təqdim etdiyi ayırdetmə qabiliyyəti məhdud olsa da, diskin ətrafındakı torpağa doğru uzanan qaranlıq xətlər fərq edilə bilir. UNO həvəskarları bu xətlərin cismin eniş və ya qəza nəticəsində yaranmasına inanır.
İngilis UNO tədqiqatçısı Filip Mantle isə görüntüylə maraqlandığını desə də, bir qiymətləndirmə etməkdən çəkinir. “Mənim üçün yeni bir görüntü” ifadəsiylə mövzunu maraqlı hesabat etsə də, birbaşa şərh etməməyi üstün tutur.
Görüntü son günlərdə gündəmə gəlsə də, əslində bu obyekt əvvəllər də fərq edilmişdi. Varinq cismin təxminən iki il əvvəl kəşf edildiyini iddia edərkən, bəzi internet istifadəçləri bunun ən azı dörd il əvvələ aid olduğunu bildirir. "Reddit"də 2021-ci ildə edilən bir paylaşımda eyni görüntüyə diqqət çəkildi və “Antarktikadakı UNO qəza sahəsi haqqında nə düşünürsünüz?” sualı altında fərqli nəzəriyyələr irəli sürülqüb.
Bəziləri bu qurğunu bir hava şarı qalığı kimi təsvir edərkən, bəzi istifadəçilər iddialarını daha da irəli apararaq bunun köhnə bir faşist bazası ola biləcəyini müdafiə edib. Əriyən buzların yaratdığı bir gölməçə ola biləcəyini söyləyənlər də var.
Bütün bu mübahisələrdən kənarda, elmi izahlar daha ayağı yerdən götürməyən bir yanaşma təqdim edir. Nyukasl Universitetindən buz tədqiqatçısı Prof. Bethan Davies görüntüdəki formasın əslində olduqca adi bir təbii hadisə ola biləcəyini bildirir. Daviesə görə bu cisim bir qaya çanağında yaranmış kiçik bir ərimə gölü ola bilər: “Göl suyu qarla müqayisədə daha çox günəş işığını udur və bu da ətrafındakı qarın əriməsinə səbəb olur. Görülən yarım dairəvi forma da bu prosesdən qaynaqlanır. Yəni ortada uzaylılara aid bir texnologiya yoxdur".
Samir