İnəkdən ağır, dəvəquşundan hündür: Tarixin ən böyük quşu

MARAQLI
18:16 / 02.09.2025
69

Madaqaskarda çoxsaylı unikal heyvan növləri yaşayıb. Vaxtilə adada təxminən 1000 il əvvəl yer üzündən yox olan epiornislər (fil quşları) mövcud olub.

HİT.az xəbər verir ki, "Daily Galaxy" bu nəhəng quşlar haqqında məlum olanları yazıb. Bu növ hətta ən böyük dəvəquşularını da ölçü və çəki baxımından üstələyib.

Nəşrdə qeyd edilir ki, fil quşu uça bilməyən, dəvəquşu, emu və kivini də özündə birləşdirən quşlar qrupuna aiddir. Onun çəkisi 900 kiloqramdan çox, hündürlüyü isə üç metrdən artıq olub.

Fil quşları iri ayaqları və böyük gövdəsi ilə seçiliblər. Onlar Madaqaskarın meşə və düzənliklərində, onlara zərər yetirə biləcək yırtıcıların az olması səbəbindən inkişaf ediblər.

"Lab Manager"də yazılıb ki, fil quşlarının ən unikal xüsusiyyətlərindən biri onların yumurtaları idi ki, bu da bütün quşlar arasında indiyə kimi tapılan ən böyük yumurtadır. Onların uzunluğu 33 santimetrə çata bilər və təxminən 7,5 litr maye, bu da təxminən 150 toyuq yumurtasına bərabərdir.

Alimlər hələ də fil quşlarının yumurta fosillərini tapmaqda davam edirlər. Bəzən onlar Madaqaskar sahillərində su tərəfindən sahilyanı əraziyə atılır.

Nəşrdə əlavə ediblər ki, fil quşları ot yeyən olub. Onlar əsasən meyvə, yarpaq və alçaq boylu bitkilərlə qidalanıb.

Maraqlısı odur ki, fil quşlarının ən yaxın müasir qohumları Yeni Zelandiyada yaşayan kiçik kivilərdir. Müasir genetik tədqiqatlar göstərib ki, bu quşlar dərin təkamül əlaqəsinə malikdirlər.

Fil quşlarının nəsli kəsilməsi Madaqaskarın əhalisinin artımı ilə üst-üstə düşür - bizim eramızın 500-1000-ci illəri arasında. Alimlər güman edirlər ki, məhz insanlar bu quşların yox olmasının səbəbi olublar.

Artıq bizim eradan sonra 1000-ci ilə qədər fil quşları tamamilə nəsli kəsilib. Lakin alimlər fosillər sayəsində bu quşlar haqqında yeni detalları öyrənməkdə davam edirlər.

Samir

0