PET-plastik şüşə, qablaşdırma və mətnil istehsalında geniş istifadə olunur, lakin o, xüsusilə parçalanması çətin olub, ətraf mühit üçün əhəmiyyətli təhlükə təşkil edir. Müasir emal üsulları tez-tez yavaş və səmərəsiz olur. Buna görə də plastik tullantıların həddindən artıq miqdarı zibilxanalarda və okeanlarda toplanır. Lakin elə görünür ki, indi dünya səmərəli emal texnologiyalarının yaradılmasına bir addım daha yaxınlaşıb.
HİT.az "Innovation News Network"a istinadən xəbər verir ki, Rays Universitetindən tədqiqatçılar bakteriya növlərindən birini genetik dəyişikliyə uğradaraq, onları 3,4-dihidroksifenilalanin (DOPA) adlı təbii amin turşusu ilə gücləndiriblər. Təkmilləşdirmədən sonra bakteriyalar PET səthlərinə yapışa bilir, eynilə midyələrin daşa yapışması kimi. 37°C temperaturda aparılan testlərdə modifikasiya edilmiş bakteriyalar modifikasiya edilməmiş bakteriyalarla müqayisədə PET səthlərinə yapışmada 400 dəfə artım nümayiş edilib.
PET-plastikə yapışdıqdan sonra bakteriyaların ikinci əsas yeniliyi – polietilentereftalatidrolaz adlı xüsusi hazırlanmış ferment işə düşür. Bu ferment PET-plastikin uzun molekulyar zəncirlərini daha kiçik, idarəolunan fraqmentlərə parçalaya bilir. Tədqiqatçılar öz təcrübələrində PET-in əhəmiyyətli dərəcədə parçalanmasını cəmi bir gecəyə nail olublar.
Bu, alimlərə plastik tullantıların çirklənməsi ilə mübarizə üçün yeni imkanlar açır.
Həmçinin, PET-plastikin emalının yeni yollarını Kopenaqen İnstitutundan olan alimlər axtarırdılar. Onlar plastiki yeni strukturlara çevirmək üçün kimyəvi yeniliklərdən istifadə etmək qərarına gəliblər. Kimyaçılar parçalanmış PET-plastikin karbon qazını tuta bilən yeni bir sortent növünün yaradılması üçün xammala çevrildiyi bir üsul hazırlayıblar.
"Science Advances" jurnalında dərc olunmuş məqalədə BAETA adlandırılan yeni material təsvir olunub. O, atmosferdəki karbon qazını o qədər səmərəli udur ki, onu mövcud karbon tutma texnologiyaları ilə asanlıqla müqayisə etmək olar.
"BAETA tozabənzər quruluşa malikdir, onu qranullaşdırmaq olar və kimyəvi cəhətdən "yenilənmiş" səthi onun karbon turşusunu çox səmərəli şəkildə bağlamağa və kimyəvi olaraq tutmağa imkan verir. Karbonla doymuşdan sonra, karbon istiləşdirmək yolu ilə sərbəst buraxıla bilər, bu da onun konsentrasiyasını artırmağa, yığmağa və saxlamağa və ya davamlı bir resursa çevirməyə imkan verir", deyə açıqlayıb tədqiqatçılar.
Onlar gözləyirlər ki, texnologiya əvvəlcə sənaye müəssisələrində quraşdırılacaq, burada borulardan çıxan işlənmiş qazlar karbon qazından təmizlənmək üçün BAETA materialı olan təmizləyici qurğulardan keçəcək.
Tədqiqatçılar deyirlər ki, böyük həcmdə PET-plastik əldə etməyə şad olardılar. Məsələn, Dünya okeanından. Onlar bu tullantılar sayəsində yeni materialın istehsalını genişləndirməyə ümid edirlər.
Samir