Sivilizasiyanın şifrəsi: 85 il əvvəl möhürləndi, 8133-cü ildə açılacaq

MARAQLI
22:36 / 09.09.2025
49

85 il əvvəl, 1936-cı ildə, Dr. Tornvell Yakobs müasir dövrün ilk zaman kapsulunu hazırlama fikrini irəli sürüb. Bu layihə o dövrdəki insanların gələcəkdəki bir sivilizasiyaya öz həyat və mədəniyyətlərini başa düşmələri üçün bir yol buraxmağı hədəfləyirdi.

HİT.az xəbər verir ki, qədim Misir üzrə işlər aparan Yakobs o dövrdə bildiyimiz qədim sivilizasiyalar haqqında məlumatın nə qədər məhdud olduğunu fərq edib. Xüsusilə, qədim Misirə aid biliklərin demək olar ki, hamısının piramidalar və Asurdakı bəzi daş lövhələrdən əldə edilən məhdud mənbələrlə məhdud olduğunu müşahidə edib. Yakobs bunun üzərinə gələcəkdəki insanlara və ya bəlkə də zamanla daha da təkamül etmiş başqa varlıqlara keçmişin izlərini buraxmağın bir "arxeoloji vəzifə" olduğunu düşünüb.

Bu fikirlə yola çıxan Yakobs nə cür bir irs buraxılacağına dair orijinal bir həll hazırlayıb: Sivilizasiyanın Şifrəsi adlanan bir zaman kapsulu... Bunun üçün prezidenti olduğu Oglethorpe Universitetində, Phoebe Hearst Zalında olan istifadə edilməyən böyük bir üzgüçülük hovuzunu nəhəng bir kapsula çevirib. 1930-cu illərin gündəlik həyatını, o dövrün mədəni izlərini və son 6.000 ilin birikimini əhatə edən əşyalarla dolu bu kapsul, sanki bir firon qəbiristanlığını xatırladır. Kapsulda dövrün ən məşhur musiqiçilərindən Artie Şounun klarnet yazılarından, 1898-ci ildən etibarən fotoşəkil çəkilmiş əhəmiyyətli hadisələrə aid filmlərə qədər çoxlu müxtəlif element var. Bundan əlavə, mikrofilm üzərinə yerləşdirilmiş 100 kitab, bir Donald Dək fiquru və gündəlik həyatdan bir çox əşya da kapsulda öz yerini alıb. Hər bir əşyanın necə istifadə edildiyini və mənasını izah edən bir “qeyd kitabı” da kapsula əlavə edilmişdi. Yakobs kapsulu açacaq olanların bu əşyalar vasitəsilə keçmişin izlərini kəşf edərək, o dövrdə yaşamış insanlar haqqında bir fikir əldə etmələrini hədəfləyirdi.

Dr. Yakobs eyni zamanda dilin zaman içərisində təkamül edəcəyini və aradakı fərqlərin böyük əngəllər yarada biləcəyini də nəzərə almışdı. Gələcəkdə kapsulu açacaqların kitabları və yazılı mənbələri sadəcə bir kağız yığını olaraq görə biləcəklərini düşünüb. Buna görə də gələcəkdəki insanlara kömək edəcək bir "dil inteqratoru" hazırlayıb. Əl kranklı ilə işləyən bu cihaz əşyaların şəkillərini və ingiliscə adlarını göstərir, eyni zamanda səslə tələffüz edir.

Zaman kapsulunun açılış tarixi olaraq isə 8113-cü il müəyyən edilmişdi. Yakobs 1936-cı ildə, Misir təqviminin başlanğıcından 6.177 il sonra olan bu ili seçərək, kapsulun açılacağı dövrün, qədim sivilizasiyaların orta nöqtələrinə baxacaq bir zaman aralığı olmasını hədəfləyir. Bu tarix Yakobsun zamanın dərinliklərində bir körpü qurma arzusunu simvollaşdırır.

Lakin Yakobsun bu xəyalı, qısa müddət sonra II Dünya Müharibəsinin başlaması ilə bir müddətlik kölgədə qalıb. Zaman kapsulu möhürlənmiş, insanlıq müharibənın dağıdıcı təsirlərinə doğru sürüklənərkən, kapsulə buraxılmış qeyddəki optimist ümidlərlə qarışan qəmsər bir mesaj da tarixə həkk olundu. Yakobs kapsulun içərisində buraxdığı qeyddə, “Dünya sivilizasiyamızı əbədiyyətə basdırmaqla məşğuldur, və biz burada bu qəbirdə onu sizə buraxırıq” deyərək, yaşanılan dövrün qeyri-müəyyənliyini və insanlıq tarixinin nə qədər kövrək olduğunu vurğulamışdı.

Bu gün, 1930-cu illərdə başlayan bu ümid dolu amma bir o qədər də qəmsər layihəni xatırlamaq, zamanın keçidini və keçmişin gələcəyə necə bir irs buraxacağını soruşmamıza səbəb olur. Zaman kapsulunun açılması isə, gələcəkdəki bir dövrdə, bəlkə də çox fərqli bir dünya qaydasında, keçmişin izlərini kəşf edəcək insanlara və ya varlıqlara ümidlə açılacaq bir qapı olacaq.

Samir

0