Okeanın nəhəng canlısı: Bir tonluq meduza..

MARAQLI
22:56 / 15.09.2025
37

Balinalar kimi dünyanın ən ağır canlılarının dənizdə yaşamasına alışığıq. Ancaq meduzak imi jelatin qıvamlı bir canlının 1 ton ağırlığa çata biləcəyini eşitmək elə də adi bir şey deyil.

HİT.az xəbər verir ki, bunlar Şir Yeli adlanan meduzalardır. Bu canlının çıxıntıları təxminən 30,5 metr uzunluğunda ola bilər; bu uzunluq, 65 metr hündürlüyündəki İstanbul Boğaz körpülərinin demək olar ki, yarısıdır... Çıxıntılar; kiçik balıqlar, digər meduzalar kimi ovları tutmaq üçün istifadə olunur.

Şir Yeli meduzası böyük miqdarda nörotoksin ehtiva edən bu çıxıntılar vasitəsilə ağrılı bir sancıya səbəb ola bilər. Hətta Şerlok Holmsun qısa hekayəsi "Şir Yelinin Macərası"nda, bu nəhəng meduzaların insanları öldürə biləcəyinə dair bir hekayə də danışılır.

Ancaq Şir Yelinin ən böyük meduza olub-olmadığı mövzusunda bəzi mübahisələr var. Ən böyük nümunənin 1856-cı ildə Şimal Amerikanın sahillərində bir geoloq tərəfindən tutulduğu iddia edilir. "BBC Wildlife" vurğulayır ki, bu nümunənin diametri 2,3 metr, çıxıntıları isə 37 metr uzunluğa çatır.

Digər tərəfdən bəzi elm adamları Nomura meduzanın daha böyük ölçüləri olduğunu düşünür. Bu canlılar 200 kiloqram ağırlığa qalxa bilir və 2 metrlik bir zəng diametrinə çata bilirlər. Bunlar fövqəladə sürətlə böyüyürlər və bu ölçüyə cəmi bir ildə çata bilirlər. Bu meduza nəhəngləri Sarı Dəniz və Cənubi Çin Dənizində tapılır.

Samir
 

0