Dondurulmuş halda qətiyyən bişirilməməli olan 5 qida

MARAQLI
22:55 / 23.09.2025
44

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi dondurulmuş məhsullar bişirilməzdən əvvəl tam şəkildə açılmalıdır. Əks halda, həm sağlamlıq baxımından risk yaranır, həm də qidanın içi çiy qalaraq bakteriyaların çoxalmasına şərait yaradır. Xüsusilə toyuq, qiymə və dəniz məhsullarında bu təhlükə daha yüksəkdir.

HUT.az mütləq əvvəlcədən əridilməli olan beş qidanı təqdim edir:

Çiy toyuq - Hazır nugget və ya işlənmiş məhsullar istisna olmaqla, çiy toyuğun dondurulmuş halda bişirilməsi təhlükəlidir. Xarici hissə bişmiş görünsə də, daxili çiy qala bilər və salmonella kimi bakteriyalar üçün şərait yaradar. Ən təhlükəsiz üsul toyuğu soyuducuda yavaş-yavaş əridərək hazırlamaqdır.

Sosis - Mağazadan alınan bəzi dondurulmuş sosislər birbaşa bişirilə bilsə də, evdə dondurulmuş çiy sosislər əvvəlcə tam açılmalıdır. Ən yaxşı üsul soyuducuda əriməsini gözləməkdir.

Qiymə - Qiymənin sıx quruluşu səbəbilə dondurulmuş halda bişirildikdə içi çiy qalır. Bu isə qida zəhərlənməsi riskini artırır. Ən təhlükəsiz yol qiyməni bir gecə soyuducuda əridərək istifadə etməkdir.

Karides və digər qabıqlı dəniz məhsulları - Dondurulmuş halda bişirildikdə xarici hissə sərtləşir, daxili isə çiy qala bilər. Bu həm dadı, həm də gigiyenanı mənfi təsirləyir. Ən yaxşı üsul bu məhsulları soyuducuda açmaq və ya təcili hallarda mikrodalğada "əridilmə" rejimindən istifadə etməkdir.

Evdə hazırlanmış dondurulmuş yeməklər - Xüsusilə böyük porsiyalar və çoxqatlı yeməklər (lazanya, börək və s.) dondurulmuş halda bişirildikdə ortası çiy qala bilər. Bu, qiymə, yumurta və süd məhsulları üçün ciddi risk yaradır.

Samir
 

0