2019-cu ildə qeydə alınmış qravitasiya dalğası hadisəsi, astronomları Kainatdakı ilk qurd dəliyini kəşf etməyə aparmış ola bilər. Həmin xaxt LİGO və Virgo qurğuları onda bir saniyədən də az çəkən bir dalğa tutub.
HİT.az "Wion"a istinadən xəbər verir ki, alimlər hadisəni təhlil edib və onun iki qara dəliyin toqquşması nəticəsində yarandığı qənaətinə gəlib. Lakin altı il sonra onlar qismən səhv etdiklərini irəli sürürlər. Araşdırmaçılar hələ də dalğaların məhz iki qara dəliyin birləşməsi nəticəsində yarandığını düşünsələr də, çox güman ki, bu hadisə bizim Kainatımızda baş verməyib.
Əvəzində, biz qurd dəliyindən keçərək bizə çatan paralel Kainatdan gələn bir əks-sədaya şahid olduq. GW190521 adı verilən siqnal yeni bir araşdırmaya görə hələ də ən yaxşı izahat olaraq qalır, amma alimlər qurd dəliyi nəzəriyyəsini də rədd etmir. Bunu Çin Elmlər Akademiyasının Universitetindən fizik Tsı Lay arXiv-də yüklədiyi ön çap işində bildirib.
Qurd dəlikləri Kainatda fəzada iki nöqtəni birləşdirən hipotetik quruluşlardır. Bu nöqtələr həm məsafə, həm də zamanla ayrıla bilər. Qurd dəliyi uzaq nöqtələr arasında körpü kimi çıxış edir və buna görə də Eynşteyn-Rozen körpüsü kimi də tanınır.
Onun konsepsiyasını 1935-ci ildə Albert Eynşteyn və Natan Rozen təklif edib. Əgər 2019-cu il hadisəsi həqiqətən də iki qara dəliyin birləşməsi nəticəsində yaranmış bir qurd dəliyi ilə bağlıdırsa, bu, indiyə qədər yalnız kosmosla bağlı filmlər və seriallarda məlum olan obyektlərin mövcud olduğunun sübutu olardı. Lakin tədqiqatın müəllifləri ehtiyatlıdır və buna meqa-toqquşma nəticəsində qurd dəliyinin çökməsi deməyə tələsmirlər.
Lay və onun komandası öz nəzəriyyəsini izah etmək üçün yazıblar ki, qravitasiya dalğaları ağır və sıx obyektlərin - məsələn, qara dəliklər və neytron ulduzlarının toqquşması zamanı yaranır. Amma əgər hadisə ikili orbitdə olan bir cüt qara dəliyə aid olarsa, onların qarşılıqlı təsir edən qravitasiya sahələri də bir-birinə tərək çəkildikcə dalğacıqlar yaradır. Bu dalğacıqlar əvvəlcə zəif olur, lakin tədricən güclənir. Birləşən qara dəliklərin ümumi kütləsi 142 Günəş kütləsi idi və belə bir dalğa aşkar edilməli idi. Lakin GW190521 hadisəsində bu siqnallar yox idi. Bu, tədqiqatçıları qara dəliklərin əlaqəli olmadığı, qarşılıqlı cazibə qüvvəsi sahəsinə düşəndə bir-birinin yanından keçib getdiyi fikrinə gətirib.
Tədqiqatçıların qravitasiya dalğalarının qısa parıltısına verdiyi başqa bir izah isə ondan ibarətdir ki, ikili qara dəliklərin birləşməsi bir qurd dəliyi yaratdı və o daha sonra çökərək tək bir qara dəliyə çevrilib.
Belə bir hadisə yalnız qısamüddətli bir parıltıya səbəb olardı. Alimlər belə bir siqnala uyğun gələcək dalğa formasının modelini yaratdıblar və onu 2019-cu ilin məlumatları ilə müqayisə ediblər. Onlar həmçinin standart ikili qara dəlik birləşməsinin modelini qurublar. Məlum olub ki, ikili birləşmə ssenarisinin siqnala izahı yalnız bir az daha inandırıcıdır və yenə də tədqiqatçılar qurd dəliyi ssenarisinin də mümkün olduğunu düşünür. Bu o demək olardı ki, GW190521, çox güman ki, insanlığın başqa bir Kainatı ilk dəfə müşahidə etdiyi hadisə olub.
Samir