V formalı sirli uçan obyekt UNO mübahisələrini alovlandırdı

MARAQLI
11:32 / 24.09.2025
66

Los-Ancelesdə iki nəfər 28 avqustda səmada peyda olan və V formasında işıqlarla dolu bir obyektin videosunu çəkib. Və əlbəttə ki, bu sirli görüntülər UNO-lar haqqında yeni mübahisələrə səbəb oldu. Bəs bu uçan obyektlər həqiqətən də məxluqlara aid ola bilərmi?

HİT.az xəbər verir ki, UNO tədqiqatçısı Mark Kristofer Li görüntülər haqqında verdiyi açıqlamada obyektin bir kosmik gəmi olmadığını, böyük ehtimalla Amerika Birləşmiş Ştatları hökuməti və ya başqa bir dünya gücü tərəfindən test edilən pilotsuz bir uçuş aparatı (PUA) olduğunu iddia edib. 

Ancaq Li, xüsusilə son illərdə edilən müşahidələr əsasında diqqət çəkən bir iddiada da irəli sürüb: ABŞ ordusu 2025-ci ilə qədər çoxlarının elmi fantastika hesab edəcəyi bir texnologiya inkişaf etdirmiş ola bilər: "Bir çox məşhur UFO hadisəsinin, bizim bildiklərimizdən 30 ilə 40 il irəlidə olan texnologiyalar olduğunu düşünürəm".

Los-Ancelesdəki bu müşahidə, son aylarda ABŞ üzrə oxşar şəkildə qəribə V formalı uçan obyektlər haqqında artan hesabatların bir hissəsidir. Bu ilin əvvəlində, Milli UNO Hesabatları Mərkəzi (NUFORC) tərəfindən dərc olunan hesabatlara görə, V formalı bir neçə UNO müşahidəsi də qeydə alınıb. Bu müşahidələrdən biri, 28 avqustdakı hadisədə olduğu kimi, obyektin təxminən 25-30 dəqiqə ərzində sabit bir sahədə qalması və ardınca cənub istiqamətində hərəkət etməsi ilə diqqət çəkib.

Bəzi müşahidələr söhbəti gedən V formalı obyektlərin F-117 "gözəgörünməz" döyüş təyyarəsinə bənzədiyi fikrini doğursa da, bu təyyarələr heç vaxt işıqlarla təchiz edilməmişdi. Li sözbazısdakı obyektin "işarə fişəngləri" olmadığına inandığını söylədi və bunun çox gümanla, son dərəcə məxfi bir pilotsuz uçuş aparatı olduğunu irəli sürüb.

Samir
 

0