Münasibətlərdə böhranlar ola bilər, lakin qadın daim bütün günahı ərinin üzərinə atırsa, bu, ciddi təhlükə siqnalıdır. Psixoloqlar xəbərdarlıq edir ki, partnyoru şəxsi uğursuzluqlarda günahlandırmaq etimadı sarsıdır və münaqişələri dərinləşdirir.
Hit.az xəbər verir ki, bu barədə "Your Tango" yazır.
Niyə qadınlar kişiləri günahlandırır?
Səbəblər müxtəlif ola bilər: müdafiə mexanizmləri, məsuliyyəti qəbul etməmək istəyi və ya dəstək çatışmazlığı hissi. Psixoloq Ceffri Bernşteyn izah edir: "Münasibətlərdə həqiqətən xoşbəxt olmaq üçün diqqəti partnyora deyil, özünüzə yönəltmək lazımdır".
11 tipik ittiham xarakterli ifadə
Mütəxəssislər qadınların kişilərə ünvanladığı ən yayğın günahlandırıcı sözləri belə sıralayır:
"Bunların hamısı sənin günahındır" – məsuliyyətdən qaçmağın klassik forması.
"Sən heç vaxt məni dinləmirsən" – qadının eşidilmədiyini hiss etməsi.
"Əgər məni dinləsəydin, bunların heç biri olmazdı" – manipulyasiya və qazlaytinq nümunəsi.
"Sən məni heç vaxt dəstəkləmirsən" – diqqət və köməyin çatışmazlığına işarə.
"Mənim bədbəxt olmağımın səbəbi sənsən" – xoşbəxtliyi yalnız partnyordan asılı görmək.
"Sən məni başa düşmürsən" – münasibətlərdə emosional boşluq siqnalı.
"Sən məni sadəcə istifadə edirsən" – sevgidən əsər-əlamət qalmadığını hiss etdirmək.
"Mən həmişə pis adam oluram" – qurban rolunu oynamaq və məsuliyyəti çevirmək.
"Sən heç vaxt heç nəyi düz etmirsən" – daimi tənqid və qeyri-real gözləntilər.
"Sən məni çox məyus edirsən" – narazılığı partnyorun üzərinə yükləmək.
"Kaş ki, sən filankəsə daha çox oxşayaydın" – təhlükəli müqayisə və kişinin dəyərsizləşdirilməsi.
Psixoloqlar qeyd edir ki, bu tip ifadələr "qapalı dairə" yaradır: kişi özünü günahkar hiss edib uzaqlaşır, qadın isə daha da əmin olur ki, o, gözləntiləri doğrultmur. Beləliklə, ünsiyyət təkcə ittihamlardan ibarət olur və münasibətlər daha da gərginləşir.
Mütəxəssislər bu cür sözləri "təhlükə zəngi" kimi qəbul etməyi və açıq dialoq qurmağı, bəzən isə ailə terapiyasına müraciət etməyi tövsiyə edirlər.
Samir