Məşhur "5 Sevgi dili" konsepti ifşa olundu: Onda nə problem var?

MARAQLI
19:59 / 30.09.2025
53

Görüşlərdə, cütlüklər arasında gedən söhbətlərdə və cüt terapiyası zamanı getdikcə daha tez-tez psixoloq Qari Çepmenin eyni adlı kitabında təsvir etdiyi "5 sevgi dili"nin müzakirəsini eşitmək olar. Müəllifin fikrinə görə, insanlar sevgini beş əsas yolla ifadə edir: təsdiqedici sözlər, keyfiyyətli birlikdə vaxt, hədiyyələr, xidmət hərəkətləri və fiziki toxunuş.

HİT.az xəbər verir ki, psixoterapevt Çarlzi Hantinqtonun "Psychology Today" jurnalı üçün yazdığı kimi, belə bir konseptin elmi əsasları olduqca zəifdir. Son vaxtlar edilən tədqiqatların nəticələrinə görə, alimlər Çepmenin üç əsas iddiasını dəstəkləyən sübutların kifayət qədər güclü olmadığını aşkar ediblər. Xüsusilə də aşağıdakıları təsdiq edən az bir dəlil var:

* Hər bir insanın bir əsas sevgi dili var;
* Cəmi beş sevgi dili mövcuddur;
* Cütlüklər eyni sevgi dilində danışdıqda münasibətlər daha xoşbəxt olur.

Alimlər fərqli bir məcaz təklif edir və sevgiyi qidalanma kimi təsəvvür etməyi məsləhət görürlər. Beləliklə, qayğı nümayiş etdirmənin nə qədər müxtəlif "pəhrizini" aldığımızdan asılı olaraq, münasibətlərimiz bir o qədər sağlam olar. Başqa sözlə, sevgi dilləri bütün ehtiyacları bir anda ödəyən "super qida"ya deyil, daha çox birlikdə balanslaşdırılmış pəhriz formalaşdıran müxtəlif qida qruplarına bənzəyir.

Bəs bütün qidalar eyni dərəcədə faydalıdırmı? Daha yeni tədqiqatlar maraqlı bir qanunauyğunluq göstərdi: Münasibətlərdən razıqalmaq, partnyorun əsas sevgi dilini "tapıb-tapmamasından" deyil, daha çox iki xüsusi davranış formasından – təsdiqedici sözlərdən və birlikdə keçirilən vaxtdan asılıdır.

Hantinqton qeyd edir ki, hədiyyələri və ya xoş hərəkətləri qiymətləndirməkdə heç bir pis cəhət yoxdur. Lakin yadda saxlamaq lazımdır ki, münasibətlər bir çox proseslərlə dəstəklənir və onlardan bəziləri xüsusilə "qida dəyəri" yüksək olanlardır.

Samir

0