Kosmosda eşidilən sirli səsin 22 ildir həll olunmamış sirri nədir?

MARAQLI
13:46 / 02.10.2025
47

Kosmos bəşəriyyət üçün hələ də gizliliyini qoruyan ən böyük bilinməzlərdən biridir. Yer üzündən baxıldıqda sonsuz və səssiz kimi görünsə də, bu böyük boşluqda zaman-zaman qəribə və izah olunmayan hadisələr baş verir. Üstəlik, bu hadisələr təkcə elmi-fantastika filmlərinin ssenarisinə deyil, birbaşa astronavtların şahid olduğu real təcrübələrə əsaslanır.

HİT.az xəbər verir ki, 2003-cü ildə Çinin kosmosa göndərdiyi ilk insanlı missiya olan "Shenzhou 5" zamanı astronavt Yanq Livi, vəzifə ərzində gəminin xaricindən gələn qəribə bir səs eşitdiyini açıqlayıb. Təsvirinə görə bu səs, metal bir səthə ağac çəkiclə vurulur kimi gəlib. Üstəlik, tək səfərlik olmayıb; ara-sıra təkrarlanıb, amma mənbəyi bir növ tapıla bilməyib. Yanq, bu səslə 21 saat davam edən bütün missiya boyu vaxtaşırı qarşılaşıb. O gündən bəri keçən illər ərzində bu səsin nə olduğu aydınlaşdırıla bilməyib.

Bundan əlavə, bu sirrli hadisə yalnız bir dəfə baş verməyib. 2005-ci ildə "Shenzhou 6", ardından 2008-də "Shenzhou 7" missiyalarında iştirak edən astronavtlar da oxşar səslər eşitdiklərini bildiriblər. Hər üç hadisədə də səsin tam olaraq haradan gəldiyi həll edilə bilməyib. Bu vəziyyət, eyni növ səslərin fərqli missiyalarda və illər ərzində təkrar-təkrar ortaya çıxması ilə daha da diqqət çəkici hala gəlib.

Oxşar bir vəziyyət, daha əvvəl, 1969-cu ildə "Apollo 10" missiyası zamanı da yaşanmışdı. Ayın qaranlıq tərəfindəykən vəzifədə olan astronavtlar, gəmidə qəribə bir fit səsi eşitdiklərini bildiriblər. Üstəlik, bu səs vəzifə sistemləri tərəfindən də qeydə alınmayıb. Daha yaxın bir nümunə olaraq isə "Boeing"in "Starliner" aparatında ilişib qalan Butç Vilmor və Sunita Uilyams, aparatdan gələn "nəbzə oxşayan" bir səsin varlığından söz ediblər.

Bu halların bəzilərinin səbəbləri sonradan ortaya çıxarılıb. Məsələn, "Starliner"dakı səsin maşımın özü ilə Beynəlxalq Kosmik Stansiya arasında yaşanan səs effekti olduğu anlaşılıb. "Apollo 10"dakı fit səsinin isə ay modulu ilə komanda modulu arasındakı radio parazitindən qaynaqlandığı müəyyən edilib. Lakin "Shenzhou" missiyalarında eşidilən o çəkic səsi hələ də həll edilməmiş bir sirr kimi qalır.

Məlum olduğu kimi səs dalğaları kosmos boşluğunda yayıla bilməz. Buna görə də kosmosda bir səsin eşidilməsi ilk baxışdan fizika qaydalarına zidd kimi görünür. Lakin bu hadisələr səsin mənbəyinın mütləq xarici kosmosdan gəlmədiyini düşündürür. Bəzi alimlər bu səslərin kosmik gəmiyə çarpan kiçik hissəciklərdən və ya temperatur dəyişikliklərinin metal səthlərdə yaratdığı genişlənmə-büzülmə effektlərindən qaynaqlana biləcəyini irəli sürürlər. Başqa bir ehtimal da gəmidən sızan havanın içəridə kiçik titrəyişlər yaratmasıdır.

Bütün bu texniki izahlar inandırıcı gəlsə də, səsin fərqli missiyalarda və illər sonra yenidən ortaya çıxması, hələ də aydınlığa qovuşmamış bir vəziyyət olduğunu göstərir. Üstəlik eyni ölkənin, eyni tip missiyalarında təkrar edən bir sirrdən danışırıq.

Bu naməlumlar kosmosun nə qədər az başa düşüldüyünü ortaya qoyarkən, bir yandan da insanın xəyal gücünü hərəkətə keçirən qorxu ssenarilərinin niyə bitmədiyini bizə xatırladır. Bəlkə bir gün bu səslərin mənbəyi tapılacaq. Amma o günə qədər kosmosdakı səssizliyin içində yankılanan bu sirli səslər, ağıllarda sual işarəsi olmağa davam edəcək.

Samir

0