Zürafələr hazırda mövcud olan ən uzun heyvanlardır. Lakin bir çox insanlar bu cütdırnaqlılar haqqında o qədər də çox məlumat sahibi deyil.
HİT.az xəbər verir ki, "BBC Wildlife Magazine" jurnalı zürafələr haqqında ən maraqlı faktları paylaşıb. Onlardan bəziləri sizi təəccübləndirə bilər.
Zürafələr haqqında 16 maraqlı fakt
1. Zürafələr "ossikonlarla" (başlarında buynuz və ya müğənə şəklində çıxıntılar) doğulur, bunlar əvvəlcə başda yerləşən, yumşaq qığırdaqdan ibarət və dəri ilə örtülü yumrulardır. Böyüdükcə onlar böyüyür, sümükləşir və heyvanın kəlləsi ilə birləşir.
2. Zürafənin ağciyərləri 50 ilə 70 litr arası hava tuta bilir.
3. Zürafələrin eyni insanlar kimi, yeddi boyun fəqərəsi var. Lakin bir fərq də var - zürafələrdə fəqərələr top oynaqları ilə birləşib, bu da hərəkət imkanını genişləndirir.
4. Zürafənin dili 50 sm uzunluğa çata bilir. Heyvanlar bu orqandan əşyaları tutmaq üçün istifadə edir.
5. Zürafələr suyu yarpaq və bitkilərdən əldə edir, buna görə də onlar həftədə yalnız bir neçə dəfə su içə bilirlər.
6. Zürafələr üçün gündə cəmi 30 dəqiqə, ya da hətta daha az yuxu kifayətdir.
7. Zürafələrdə onlara ağırlıq qüvvəsi ilə mübarizədə, qan dövranını saxlamaqda və başlarını aşağı salanda huşsuzluğun qarşısını almaqda kömək edən xüsusi ürəq-damar sistemi var.
8. Balalarını qorumaq üçün dişi zürafələr bir-birinə kömək edir və sözdə "uşaq baxımı qrupları" yaradırlar.
9. Yetkin erkək zürafələr doğulduqları qrupu tərk edir və çox vaxt cütləşmə dövrü istisna olmaqla, həyatlarının qalan hissəsini tək-tənha keçirirlər.
10. Zürafələr müxtəlif səslər, o cümlədən kişnəmə, asqırıq, öskürmə, xırıltı, tıslama, partlayış səsləri, inilti, böyürtü və qurultu vasitəsilə ünsiyyət qurur.
11. İldırım zürafəyə dəyə bilər, lakin bu, çox nadir hallarda baş verir.
12. Müasir zürafələrin uzun boyunları onlara döyüşdə, həm də qidalanmada kömək etmək üçün təkamül edib.
13. Zürafələr qısa məsafələrdə saatda 56 km sürətə hərəkət edə bilirlər.
14. Yetkin zürafənin boyu təxminən 4-5 metr olur, və qeydə alınmış ən hündür heyvanlar 5.9 metrə çatıb.
15. Zürafənin ürəyi təxminən 11 kq ağırlığında ola bilər, bu da onu bütün quru məməliləri arasında ən ağır ürək edir.
16. Zürafələrin dərisindəki ləkələr onlara tərləmədən və qiymətli rütubəti itirmədən sərin qalmağa imkan verir. Həmçinin bu ləkələr kamuflyajı yaxşılaşdırır.
Samir