Nümrologiya kifayət qədər maraqlı bir sahədir və çoxları burada özləri üçün müəyyən cavablar tapır. Bu sahənin mütəxəssisləri hesab edirlər ki, insanın taleyinə müxtəlif rəqəmlər, o cümlədən doğum tarixi də təsir göstərə bilər.
Doğuşdan müəyyən insanların müsbət təssürat yaratmaq və ətrafdakılara ilk görüşdən sonra belə ilham vermək qabiliyyətinə malik olduğunu hiss etmisiniz? Nümroloqların fikrincə, belə şəxslər müəyyən tarixlərdə dünyaya gəlirlər.
HİT.az xəbər verir ki, "The Daily Jagran"ı yazdığına görə, onlar həm də müxtəlif həyat çətinliklərini dəf etməkdə çempion kimi tanınırlar.
Hər ayın 16-da doğulanlar - 16-cı gündə doğulanlar nümroloqların fikrincə, vizyoner insanlardır. Bu insanlar yaradıcı fikirləri və irəliləyişi təmsil edən baxışları ilə başqalarını həvəsləndirirlər. Bundan əlavə, bu gündə doğulan şəxslər mövcud vəziyyəti şübhə altına almaqdan və mümkün olanın sərhədlərini genişləndirməkdən çəkinmirlər.
Hər ayın 31-də doğulanlar - Hər ayın 31-də doğulanlar güclü məqsəd hissinə və məqsədyönlülüyə malikdirlər. Onlar dünyadakı dəyişiklikləri qəbul etməyi bacarırlar ki, bu da başqalarına ilham verir.
"Ətrafdakılar üçün onların dəyişmək qabiliyyətinə olan sarsılmaz inamı böyük bir ilham mənbəyidir", deyə materialda qeyd olunur.
Hər ayın 12-də doğulanlar - 12-də doğulan insanlar güclü şəfqət və inkişaf etmiş empatiya qabiliyyətinə malikdirlər. Onlar səxavəti və xeyirxahlığı ilə başqalarının əhval-ruhiyyəsini yaxşılaşdıra bilən doğuşdan tərbiyəçilərdir.
Hər ayın 8-də doğulanlar - Əgər siz ayın 8-də doğulmusunuzsa, yəqin ki, fövqəladə dərəcədə güclü iradəyə və səbirliyə sahibsiniz. Nümroloqların sözlərinə görə, belə insanlar sarsılmaz sədaqətlə məqsədlərinə çatırlar. Eyni zamanda, başqaları onların güclü iş etikasından ilham alırlar.
Hər ayın 25-də doğulanlar - Nümrologiya mütəxəssisləri deyirlər ki, hər ayın 25-də doğulanlar doğuşdan müəllim olurlar. Belə insanlar tez-tez öz dərrakəliyi və tövsiyələri ilə başqalarını həvəsləndirirlər.
"Onlar insanların potensialını tanımaq və onlara məqsədlərinə çatmaqda kömək etmək istedadına malikdirlər", deyə materialda qeyd olunub.
Samir