Qənaətli alış-veriş necə olur?

MARAQLI
23:34 / 08.10.2025
39

Maliyyəni düzgün idarə etmək və gündəlik xərclərə nəzarət etmək hər bir ailə üçün vacib məsələlərdən biridir.

Alış-veriş zamanı düzgün planlaşdırma və qənaət vərdişləri həm büdcəyə, həm də həyat tərzinə müsbət təsir göstərir. 

Hit.az xəbər verir ki, bir neçə sadə qaydaya riayət etməklə büdcəyəq qənaət etmək olar.

İlk olaraq bildirək ki, endirimdə olan hər məhsulu almaq qənaət sayılmır, bu israfçılıqdır. Yalnız ehtiyac olan məhsulu almaq məsləhətdir.

Eyni zamanda, onlayn alış-veriş zamanı da hər endirim də olan məhsulu almaq məsləhət deyil. 

Bununla yanaşı, mövsümi meyvə-tərəvəz daha ucuz və keyfiyyətli olur.

Qışda yay məhsullarını almaqdansa, onları yayda tədarük etmək və dondurmaq/turşu/qurudulmuş vəziyyətdə saxlamaq sərfəlidir.

Kənarda yemək və ya hazır məhsullar almaq  büdcəyə ziyandır.

Yaxşısı evdə bişirmək həm sağlam, həm də daha ucuz başa gəlir. 

Sevinc

0