Bu üç ayda doğulan insanlar inanılmaz parıltı saçır

MARAQLI
23:33 / 10.10.2025
43

Bəzi insanlar sanki daxildən gələn işıqla parlayır və onların enerjisi ətrafdakıların həm baxışlarını, həm də ruhlarını cəlb edir.

Hit.az xəbər verir ki, bu barədə “Parade” jurnalı yazır.

“Aura” insanın daxili mahiyyətini əks etdirən incə enerjı sahəsidir. İnsan bunu dərk etməsə də, onun vibrasiyasını ətrafdakı insanlar hiss edirlər. Bu, çox vaxt intuitiv şəkildə baş verir — sanki kiminsə yanında olarkən daha isti, sakit və ya güclü bir enerji hiss olunur. 

Bəzi insanlar xüsusi bir parlaqlıq saçır – yumşaq, canlı, ilhamverici. Onların varlığı dərhal hiss olunur: sanki daxili bir işıq mənbəyinə qoşulublar. Mütəxəssislərin fikrincə, müəyyən üç ayda doğulan insanlar bu “göy enerjisi”ni daha çox daşıyır və ətrafı harmoniya, özünəinam və cazibə ilə doldururlar.

Fevral

Fevralda doğulanlar – unikal düşüncə tərzinə malik Dolçalar və güclü intuisiya sahibi Balıqlardır. Bu insanlar təkcə zahiri görünüşləri ilə deyil, həm də xüsusi enerjiləri ilə seçilirlər. Onların yanında olmaq insana rahatlıq gətirir: onlar mühakimə etməz, qəbul edərlər. Onların varlığı ilhamvericidir və sanki daxildən şəfa verir. Bəzən sirli və bir qədər uzaqgörən təsir bağışlasalar da, məhz bu xüsusiyyət onların aurasını daha dərin və cazibədar edir.

İyul

İyul doğumlular nadir bir həssaslıq və daxili işıq daşıyırlar. Xərçənglər qayğı və zəriflik gətirir, Şirlər isə özünəinam və səmimi istiliklə seçilir. Onlar ətrafda elə bir mühit yaradırlar ki, insanlar orada özlərini açıq və səmimi hiss edirlər. Onların hissləri dürüstdür, daxili işıqları isə daim yaxşılığa yönəlib. Belə insanların aurası sanki maddi və mənəvi dünyanı birləşdirir, başqalarına harmoniya tapmağa kömək edir.

Noyabr

Noyabrda doğulanlar dərin və sirli enerjiyə sahib olurlar. Əqrəblər hisslərin və dəyişimin dərinliyinə enir, Oxatanlar isə azadlıq və hikmət axtarışındadır. Onların enerjisi sanki daxili aydınlanmaya aparan bir portal kimidir: onların yanında hər şey daha aydın görünür. Bu insanlar hadisələrin mahiyyətini dərk etməyi bacarır, insanları özlərindən daha yaxşı anlayırlar. Onların varlığı başqalarına öz mənəviliyini və daxili gücünü oyandırmağa kömək edir.

Qeyd: Astrologiya, tərrologiya, numerologiya, xiro­mant­iya, ekstrasensorika və oxşar təcrübələr elmi fənlər sayılmır. Onlar qədim inanclara və subyektiv yozumlara əsaslanır, elmi dəlillərlə təsdiqlənməyib və qərarvermə üçün etibarlı vasitə kimi qəbul edilmir. Psixologiya və sağlamlıqla bağlı məsələlərdə həmişə elmi mütəxəssislərə müraciət olunmalıdır.

Samir

0