Qalaktikada 10 milyon illik səyahət: Günəş sistemindən keçən 3I/ATLAS haradan gəldi?

MARAQLI
21:57 / 10.10.2025
49

Astronomlar keçən aylarda Günəş Sistemindən fövqəladə sürətlə keçən və 3I/ATLAS adlanan ulduzlararası bir quyruqlu ulduz aşkar etdilər. 

HİT.az xəbər verir ki, bu qeyri-adi cisim, əvvəlki qonaqlarımız Oumuamua və Borisov’dan demək olar iki dəfə daha sürətli olub. Alimlər, 33 milyard tondan çox kütləyə sahib ola biləcəyi təxmin edilən bu nəhəng səyyahın keçmişini aydınlaşdırmaq üçün genişmiqyaslı bir araşdırma apardı və qalaktikadakı 13 milyondan çox ulduzu əhatə edən simulyasiyalarla onun izini təqib edib.

3I/ATLAS'ın Günəş Sistemindən keçidi yaxından izlənilir. Hətta NASA-nın Marsdakı Perseverance kəşfiyyat vasitəsinin belə bu quyruqlu ulduzun olduğu şəkilləri tutmuş ola biləcəyi düşünülür. Lakin bütün bu təqibin arxasındakı ən böyük sual belə idi: Bu cisim tam olaraq haradan gəlib?

Xoşbəxtlikdən, kütlə cazibəsinin zamana görə simmetrik olması, fizika qanunlarının orbiti məlum olan bir cismin keçmiş hərəkətini təqib etməyə imkan verir. İspaniyadakı A Koruna Universitetindən bir qrup, Avropa Kosmos Agentliyinin Süd Yolu qalaktikasının üçölçülü xəritəsini çıxaran nəhəng layihəsi olan Gaia missiyasından əldə edilən məlumatlardan istifadə edərək bu çətin iztəqib işinə girişib. Tədqiqatçılar, 3I/ATLAS'ın izini 10 milyon il geriyə qədər təqib etməyi bacarıblarr.

Tədqiqat qrupu, 3I/ATLAS'ın keçmişdə qalaktika daxilindəki səyahəti zamanı digər ulduzlara nə qədər yaxınlaşdığını təhlil edib. Araşdırma, cismin 2 parsek (təxminən 6,5 işıq ili) qədər yaxınlaşdığı tam 93 mümkün qarşılaşma müəyyən edib. Lakin alimlər, bu yaxın keçidlərin orbiti əhəmiyyətli dərəcədə pozacaq qədər güclü olmadığını müəyyənləşdiriblər. Başqa sözlə, bu ulduzlararası səyyah, qalaktikanın içərisində böyük ölçüdə tək-tənha və öz marşrutunda irəliləməyi bacarmışdı.

Edilən bu ətraflı təhlil, 3I/ATLAS'ın haradan gəldiyi sualına da işıq tutur. Cismin keçmişdəki mümkün yaxın qarşılaşmalarının onun orbitini əhəmiyyətli dərəcədə təsirləndirməməsi, onun qalaktikamızın "incə disk" adlanan bölgəsindən gəlmiş ola biləcəyi ehtimalını gücləndirir. Əvvəlki bəzi nəzəriyyələr, cismin "qalın disk" mənşəli ola biləcəyini irəli sürmüşdü, lakin 3I/ATLAS'ın qalaktik müstəvidən çox az sapması bu ehtimalı zəiflədir.

Tədqiqatçılar, əldə edilən bütün məlumatları birləşdirdikdə, 3I/ATLAS'ın Günəşin yaxın ətrafında "incə disk" orbitində hərəkət etdiyinə işarə edir. Lakin cismin tam mənbəyi hələ də məlum deyil və onun milyardlarla ildir qalaktikada tək-tənha gəzib dolaşdığı düşünülür.

Astronomlar, bu ulduzlararası qonağın yaşının təxminən 10 milyard il ola biləcəyini təxmin edirlər. Bu, 3I/ATLAS'ın, kainatın ilk planet sistemlərinin formalaşmasına dair ipuçları saxlayan, sanki kosmik bir zaman kapsulu ola biləcəyi mənasını verir. Onun mənşəyini aydınlaşdırmaq üçün ediləcək daha çox araşdırma, Süd Yolu qalaktikasındakı planet sistemlərinin erkən dövr dinamikasını anlamamıza kömək edə bilər.

Bu hərtərəfli araşdırma, hələ ki, həmkərə baxışından keçməsə də, elm dünyasının əhəmiyyətli ön çap serverlərindən biri olan arXiv’də dərc edilib.

Samir
 

0