Həyat bəzən insanı zirvəyə yüksəldir, bəzən də dibə endirir. Bəzən qəfil şöhrət və zənginlik əldə edilir, amma bir anda fırıldaq, uğursuz sərmayə və ya səhv bir qərar hər şeyi alt-üst edə bilər. Həyatın dalğaları kimi uğurlar və çətinliklər bir-birini əvəz edir. Bəzən bu qədər böyük itkilər yaşanır ki, insanın özünü toparlaması belə mümkünsüz görünür. Lakin bəzi insanlar var ki, hər şeylərini itirsələr də, heç nədən yenidən başlayaraq uğura qovuşa biliblər.
Valyuta.az hər şeyini itirib yenidən ayağa qalxan 6 məşhur şəxsin hekayəsini təqdim edir:
1.Corc Forman – Boks üzrə Ağır Çəki Dünya Çempionu
Corc Forman ikiqat dünya çempionu və olimpiya medalçısı olaraq 1969-1977-ci illərdə boks dünyasının zirvəsində idi. Lakin sonradan maliyyə problemləri ilə üzləşdi; kredit kartı borcları və digər öhdəlikləri artdı. Məhəmməd Əliyə qarşı məğlubiyyəti onun karyerasında böyük fasiləyə səbəb oldu. Ancaq on ildən sonra geri döndü və yenidən dünya çempionu oldu. Borclarını ödəyərək, daha sonra “Foreman Grill” adlı məhsulu ilə televiziya alış-veriş dünyasında uğur qazandı.
2.Stiv Cobs – "Apple" şirkətinin qurucusu və CEO-su
Stiv Cobs 21 yaşında yaratdığı Apple-dan istefa verməyə məcbur edildi. Amma bu, onu ruhdan salmadı. NeXT adlı yeni texnologiya şirkəti qurdu və bu şirkət sonradan Apple tərəfindən satın alındı. Beləliklə, Cobs Apple-a CEO kimi geri döndü və şirkəti dünyanın ən dəyərli markasına çevirdi.
3.Jordan Belfort - Səhm brokeri
Jordan Belfort Stratton Oakmont adlı şirkət ilə milyonlar qazanırdı, lakin pullarını israf etdi – qadınlar, partilər, şəxsi təyyarə və yaxtalara sərf etdi. Fırıldaqçılıq və çirkli pulların yuyulması ittihamları ilə həbs edildi. Həbsdən çıxdıqdan sonra “Wall Street Canavarının Tutulması” adlı kitab yazdı və bu əsər sonradan Martin Scorsese tərəfindən filmə çevrildi.
4.Ceyms Altuçer – İnternet sahibkarı
Ceyms Altuçer 1996-cı ildə yaratdığı web dizayn şirkətini 10 milyon dollara satdı, amma sonradan uğursuz investisiyalar səbəbilə bütün sərvətini itirdi. Hətta intihar etməyi belə düşünürdü. Lakin hedc fond meneceri, bloqqer və podkast aparıcısı kimi yeni fəaliyyətə başladı və uğur qazandı.
5.Bill Bartman – Biznesmen
Commercial Financial Services (CFS) şirkətinin qurucularından olan Bartman, bir vaxtlar milyarder idi. Lakin mühasibatlıq fırıldaqları ilə ittiham olundu. Nəticədə təqsirsiz olduğu sübut olunsada, ortağı məhkum edildi və nəticədə sıfıra düşdü. O, iki bestseller kitab yazaraq biznesinə yenidən başladı. Beləliklə, Bartman daha güclü biri olaraq geri döndü.
6.Qari Hevin – Fitness sahibkarı
“Women’s World of Fitness” idman zalı ilə 25 yaşında milyonçu oldu, amma bahalı imkanlarla zalı böyütmək istəyi ona baha başa gəldi və 30 yaşında iflas etdi. Sonra həyat yoldaşı ilə birlikdə yalnız qadınlara xidmət göstərən “Curves” adlı zəncirvari idman zalı şəbəkəsini qurdu. Bu, dünyanın 10,000-dən çox yerində fəaliyyət göstərdi. Əvvəlki səhvlərindən dərs alan Qari, yenidən uğur qazandı.