Bu tarixlərdə doğulanlar qeyri-adi öncəgörmə qabiliyyətinə malik olur

MARAQLI
23:37 / 20.10.2025
49

Bir çoxları öncəgörmə bacarığını əsasən gələcəyi əvvəlcədən görmək kimi anlayır. Lakin əslində bu, “tam qavrayış”dır – yəni belə insanlar qeyri-adi həssaslıqla görünməyənləri dərk edə bilirlər.

Hit.az xəbər verir ki,  numeroloqların fikrincə, bəzi doğum tarixləri bu qabiliyyəti özündə daşıyır. "Parade" nəşri yazır ki, bu tarixlər 2, 7, 11 və 18-dir.

2 rəqəmi: Tanrıçanın bələdçisi

Bu gün doğulan insanların intuisiya gücü onların empatiya və başqalarını anlama bacarığı ilə sıx bağlıdır. Hətta məsafədən belə başqalarının hisslərini duymaq və onların davranış motivlərini dərk etmək qabiliyyətinə malikdirlər.

Müasir astroloqiyada 2 rəqəmi Venera ilə əlaqələndirilir – bu da bürclər zəncirində ikinci olan Buğa bürcünün idarəçisidir. Buna görə də 2 rəqəmi tərəfdaşlıq, birləşmə və ziddiyyətlərin harmoniyasını təmsil edir. Əgər siz hər hansı ayın 2-si doğulmusunuzsa, intuisiya qabiliyyətiniz hadisələrin hər iki tərəfini görə bilməkdən qaynaqlanır.

7 rəqəmi: Zamanın fövqündə axtaran

Bu tarixdə doğulan insanlar hər şeyin mahiyyətinə varmaq istəyirlər. Onlar heç nəyi səthi qəbul etmir, daim suallar verir və araşdırırlar. Onların öncəgörmə qabiliyyəti ruhani bələdçilərlə olan dərin əlaqədən qaynaqlanır. Bu bələdçilər onlara simvollar, görüntülər və intuisiya qığılcımları vasitəsilə dəstək olurlar. Bununla yanaşı, analitik düşüncə tərzləri sayəsində bu mesajları düzgün şərh edə bilirlər.

11 rəqəmi: Tam öncəgörmə

Bu rəqəm təbii olaraq ruhi oyanışla bağlıdır və hər ayın 11-də doğulan insanlar güclü intuisiya və öncəgörmə bacarığına malik olurlar.

Müasir astroloqiyada 11 rəqəmi Uran planeti ilə əlaqələndirilir – bu planet intuisiya, yenilikçi düşüncə və zəkani simvolizə edir. Belə doğulan insanlar daxili səsə qulaq asaraq lider, yaradıcı şəxs və ya məsləhətçi kimi başqalarına da öz daxili həqiqətləri ilə harmoniya tapmağa yardım edə bilərlər.

18 rəqəmi: Köhnə ruhla pıçıldayan

Numeroloji baxımdan 9 rəqəmi dövrlərin tamamlanmasını simvolizə edir, buna görə də 18-də doğulanlar “köhnə ruhlar” sayılır. Onların öncəgörmə qabiliyyəti əvvəlki həyatlarda qazandıqları təcrübədən qaynaqlanır və bu onlara intuisiya üstünlüyü verir.

Digər tərəfdən, 18 rəqəmi 1 (yaradılış) və 8 (sonsuzluq) rəqəmlərinin birləşməsidir. Bu, həmin gün doğulanlara geniş şüur və qlobal baxış bəxş edir. Belə insanlar hadisələrin ümumi mənzərəsini görməyi bacarır, başqalarının görə bilmədiyi və ya görmək istəmədiyi məqamları duyurlar.

Samir

0