Bu tarixlərdə doğulan insanlar ürəklərini heç vaxt açmır: Siyahıda kimlər var?

MARAQLI
10:52 / 20.10.2025
54

Numeroloqların fikrincə, bəzi insanlar dərin hisslərə malik olsalar da, onları başqalarına göstərməkdə çətinlik çəkirlər – hətta ən yaxınlarına belə.

Hit.az xəbər verir ki, "News 24" nəşrinin məlumatına görə, numerologiya üzrə mütəxəssislər hesab edirlər ki, bəzi doğum tarixləri insanın emosional qapalılığını müəyyənləşdirir. Hər hansı bir ayın 4, 8, 11, 17, 22, 26 və ya 31-də doğulan şəxslər zəngin daxili aləmə malik olsalar da, hisslərini açıq şəkildə ifadə etməkdə çətinlik çəkirlər.

Numeroloq Nita Sinxin sözlərinə görə, bu insanlar səmimi və mehriban olsalar da, emosiyalarını gizlətməyə meyllidirlər və adətən hisslərini hətta ən yaxınlarına da açmırlar. Onlar hər bir xırda hadisəni dərindən yaşayır, lakin zahirən sakit və soyuqqanlı görünürlər.

Sinx xüsusilə 4, 8, 13, 22, 23 və 31 tarixlərində doğulan kişiləri fərqləndirir. Onun fikrincə, bu kişilər analarına çox bağlı olurlar və bu bağ ömür boyu davam edir – hətta öz ailələrini qursalar belə.

“Onlar hisslərini açıq ifadə etməyə çəkinə bilərlər, lakin sədaqətləri və qayğıkeşlikləri hədsizdir",  deyə astrolog Nita Sinx bildirib.

Qeyd: Astrologiya, tarot, numerologiya, hiromantiya, ekstrasensorika və bu kimi digər sahələr elmi disiplinlər hesab edilmir. Onlar qədim inanclara və simvolik təhlillərə əsaslanır, lakin elmi tədqiqatlarla sübut olunmayıb. Bu məlumatlar əyləncəli xarakter daşıyır və ciddi qərarların qəbulunda etibarlı mənbə kimi nəzərdən keçirilməməlidir. Psixoloji və ya sağlamlıqla bağlı məsələlərdə mütləq elmi mütəxəssislərə müraciət etmək tövsiyə olunur.

Samir

0