Zamanla hər birimiz qorxulu yuxular görürük. Qorxulu, pis yuxular bəzi insanlarda müəyyən psixi pozuntulara gətirib çıxara bilər.
Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, yuxu insanın yaşından asılı olaraq dəyişir:
"İnsan ya travma keçirir, bunun təsirindən ayrıla bilmir, ya nədənsə bərk narahatlığı olur. Əsəbləri gərgin olur, ya da parasomniyalar yaşayır. Parasomniyalar yuxu pozğunluqlarıdır. Bu pozğunluqlar aradan qaldırılmadığı müddətcə yuxu qarışdırmaları, qorxulu yuxuların görülməsi davam edəcək.
Araşdırmalar göstərir ki, qadınlar kişilərə nisbətən daha çox qorxulu yuxu görürlər. Gecə kabusunun bir səbəbi də apnoedir. Bu zaman yatan insanda qısa müddətə, saniyəlik tənəffüs dayanması olur. Beyində oksigen aclığı baş verir, bu da yuxulara təsir edir. Daim görülən qorxulu yuxular davamlı olaraq narahat edərsə, bu zaman mütəxəssislərə müraciət etmək vacibdir".
Sevinc