Alimlər uşaq zəkası ilə uzun ömür arasında genetik bir əlaqə olduğunu aşkar ediblər. Araşdırma göstərir ki, zəka təkcə uğur deyil, həm də ömür uzunluğu üçün təsirli ola bilər.
HİT.az xəbər verir ki, keçmişdə aparılan bir çox araşdırma göstərmişdi ki, gənc yaşda yüksək IQ balı olan şəxslərin 70 yaşına qədər sağ qalma ehtimalı, daha aşağı bal toplayan həmyaşıdlarına nisbətən əhəmiyyətli dərəcədə yüksəkdir. Lakin bu vəziyyətin səbəbi uzun müddət tam izah edilə bilmirdi.
Edinburq Universitetindən tədqiqatçılar böyükmiqyaslı məlumat analizləri nəticəsində bu sirrin arxasındakı mühüm bir ipucunu tapıb. Aparılan iş göstərib ki, uşaqlıq dövründəki zəka ilə ömür uzunluğu arasında genetik bir əlaqə var. Mütəxəssislər bu tapıntının zəka ilə uzun ömür arasındakı əlaqəni anlamada "kritik bir irəliləyiş" olduğunu bildirirlər.
Araşdırmanın müəlliflərindən Dr. David Hill "Bu əlaqə qaçılmaz deyil", deyərək xəbərdarlıq edir. David Hill-ə görə, ətraf mühit amilləri dəyişdirildikdə həm zəka, həm də uzun ömürlə əlaqələndirilən genlərin təsiri də dəyişə bilər.
Alimlər 6 ilə 18 yaş arası uşaqların idrak qabiliyyətlərinə aid genetik məlumatları, ömür uzunluğu ilə bağlı genetik məlumatlarla müqayisə ediblər. 400 mindən çox adamı əhatə edən bu geniş araşdırma sübut edib ki, iki faktor arasında güclü bir genetik bağlılıq var.
David Hill deyir ki, bu əlaqənin bir neçə mümkün izahı var:
* Birinci ehtimal odur ki, uşaqlıqda daha yüksək idrak qabiliyyətinə sahib olmaq, daha yaxşı təhsil fürsətləri və nəticədə sağlam həyat şəraitinə çıxış təmin edir.
* İkinci ehtimal isə odur ki, zəkanı artıran genetik fərqliliklər, ətraf mühit çətinliklərinə qarşı daha davamlı bir beyin və bədən inkişafını dəstəkləyir.
Tədqiqat qrupu xüsusilə vurğulayır ki, bu genetik əlaqə uzun ömürün tək təyinedicisi deyil. Buna baxmayaraq, risk altındakı şəxslərin erkən aşkarlanması, hədəflənmiş səhiyyə tədbirlərinin həyata keçirilməsini təmin edə bilər.
Tədqiqatçılar bildirirlər ki, uşaqlıq dövründə idrak inkişafını dəstəkləmək təkcə akademik uğuru deyil, həm də ömürlük sağlamlığı təsirləyə bilər. Onlar bildirib: "Təhsil siyasətləri və erkən uşaqlıq dövrü proqramları idrak inkişafını artırmaqla ictimai sağlamlıq üzərində əvvəllər təxmin ediləndən daha geniş bir təsir yarada bilər".
Daha əvvəl aparılmış bir araşdırmada da müəyyən edilmişdi ki, gənclikdə test balındakı hər bir artım ölüm riskini orta hesabla 24 faiz azaldır. Bu əlaqə həm kişilərdə, həm də qadınlarda oxsar şəkildə müşahidə edilmişdi.
Samir