Nə vaxt susmaq daha yaxşıdır? - Partnyora heç vaxt deməməli olduğunuz 2 şey

MARAQLI
19:56 / 23.10.2025
61

Əgər tam və mütləq düzgünlük həmişə ən yaxşı siyasət olsaydı, "bəzi şeyləri deməmək daha yaxşıdır" kimi ifadələr nəsildən-nəsilə keçməzdi. Həqiqət budur ki, hər bir düzgünlük biz düşündüyümüz qədər faydalı deyil və eynilə, hər bir səssizlik bizə inandırıldığı qədər aldadıcı deyil.

HİT.az xəbər verir ki, bu barədə "Forbes" jurnalı üçün məqaləsində ABŞ psixoloqu Mark Trevers yazıb. O, partnyora deyilməməli olan iki şeyi açıqlayıb.

Onun sözlərinə görə, tədqiqatlar daha çox göstərir ki, bəzən susamaq bacarığığı əlaqəni sərt düzlükdən daha təhlükəsiz qoruyur. Bəzi hallarda "hər şeyi düz demək" əvəzinə mehribanlıq və nəzakəti seçmək həm sizə, həm də partnyorunuza daha çox fayda gətirəcək.

Və psixoloqların fikrincə, münasibətlərdə özündə saxlamağın tamamilə məqbul olduğu iki şey bunlardır:

1. Bədəndəki dəyişikliklər. Partnyorunuzun bədənindəki dəyişikliklərə - bir neçə artıq kiloqa, yeni qırışlara və ya töküntülərə diqqət yetirmək təbii görünə bilər. Belə bir qeyd bəzən qayğı kimi qəbul edilir, sanki siz partnyorunuza özünə nəzarət etməyə kömək edirsiniz. Lakin xarici görünüşlə bağlı şərhlər, hətta yaxşı niyyətlə olsa belə, didişmə kimi qəbul edilə bilər. "Family, Systems, & Health" jurnalında dərc olunmuş araşdırmaya görə, insanların təxminən 55%-i partnyoru ilə çəkisi barədə söhbətdən sonra özünü daha pis hiss edir. Üstəlik, bu, söhbətin necə aparıldığından asılı olmayaraq doğrudur.

2. Konstruktiv olmayan tənqid. Partnyorunuzda xoşunuza gəlməyən şeylərin olması tamamilə normaldır: onun stresslə məşğul olma üsulu, işləri təxirə salmaq meyli, dostları və ya bəzi vərdişləri. Bəzən bu narazılıqları səsləndirmək istəyi yarana bilər. Düzgünlük bunu tələb edirmiş kimi görünür. Lakin faydalı düzlük və lazımsız tənqid arasında incə bir sərhəd var. Sözləriniz partnyorunuzun daha yaxşı olmasına səmimi istəkdən doğulmayıbsa, onların konstruktiv qəbul olunmasına şübhə ilə yanaşmaq lazımdır. "Behavior Therapy" jurnalında dərc olunmuş araşdırma göstərdi ki, tənqidin qəbulu onun necə təqdim olunmasından asılıdır. Əgər partnyor sözlərdə düşmənçilik hiss edərsə, bu, münasibətlərdən razıqalma və ümumi rifahı aşağı salır. Konstruktiv geri bildirim isə, əksinə, münasibətləri gücləndirir.

Samir
 

0