Numerologiya - rəqəmlər, rəqəm qanunauyğunluqları və onların dərin mənası haqqında qədim təlimdir. Bu sahədəki mütəxəssislər hesab edirlər ki, rəqəmlər insanların tale və həyatına, xüsusən də doğum tarixinə əhəmiyyətli təsir göstərir.
HİT.az "Parade"yə istinadən xəbər verir ki, doğum tarixinizdən istifadə edərək həyatınızın dəyişəcəyi yaşı müəyyən edə və nə gözlədiyiniz barədə təsəvvür yarada bilərsiniz.
Bunu necə etməli? Doğum tarixinizi rəqəmlərə ayırın və onları toplayın. Beləliklə, ruhunuzun təkamülü üçün vacib olan və həyatınıza böyük təsir göstərəcək bir şeyin baş verəcəyi yaşı tapacaqsınız. Bu, hər şey ola bilər: ən yaxşı dostla görüşdən evlənmişə və ya uşaqların doğulmasına qədər.
Məsələn, 31 oktyabr 1979-cu ildə anadan olmusunuzsa, belə rəqəmlər görəcəksiniz: 1 + 0 + 3 + 1 + 1 + 9 + 7 + 9 = 31. Adətən numerologiyada bu rəqəm tək rəqəmli ədədə endirilir, amma biz xüsusi olaraq yaşı müəyyən etdiyimiz üçün onu ikirəqəmli saxlayın. Beləliklə, həyatınızın otuzlu yaşlarının əvvəlində sizi ciddi dəyişikliklər gözləyir.
Əgər alınan rəqəmi tək rəqəmli ədədə endirsəniz (3+1), onun cəmi bu yaşda hansı dərslərlə üzləşə biləcəyinizi göstərəcək.
Numerologiyada 1 rəqəminin mənası
Numerologiyada vahid yeni başlanğıcları, müstəqilliyi, liderliyi və orijinallığı simvolizə edir. Onun təsir etdiyi insanlar adətən özündən əmin, müstəqil və öz məqsədlərinə çatmağa yönəlmiş olurlar.
Materialda deyilir: "Siz güclü liderlik keyfiyyətlərinə maliksiniz və tez-tez təşəbbüskar və ya innovator hesab olunursunuz, amma son məqsədlərinizə çatmamış əvvəl özünüdərk qabiliyyətinizi gücləndirməlisiniz".
Numerologiyada 2 rəqəminin mənası
İki balansı, ahəngdarlığı, tərəfdaşlığı və əməkdaşlığı simvolizə edir. Bu rəqəmin rəhbərliyi altında olan insanlar tez-tez inkişaf etmiş sosial bacarıqlara malik olurlar və birgə səylərdə uğur qazana bilirlər.
"Əlaqələrdə sülh və ahəngi qorumağı bacarsanız da, başqalarını məmnun etmək üçün öz ehtiyaclarınızı laqeyd yerişməyə meyllisiniz. Əvəzində, öz arzularınızı qorxusuzca müdafiə etməyi öyrənməlisiniz", deyə qaynaq yazır.
Numerologiyada 3 rəqəminin mənası
Numroloqların izah etdiyi kimi, üçlük yaradıcılığı, özünü ifadə etməni, ünsiyyəti və sevinci ifadə edir. Həyatı bu rəqəmlə bağlı olan insanların sənətə, özünü ifadə etməyə və ünsiyyətə meyli olur. Onlar öz ideya və enerjiləri ilə başqalarına ilham verə bilirlər, amma diqqətləri hələ də bacarıqların təkmilləşdirilməsi və məqsədə çatmaqda cəmlənib.
Numerologiyada 4 rəqəminin mənası
Numroloqlar hesab edirlər ki, Dörd sabitliyi, təhlükəsizliyi, zəhmətkeşliyi və praktikliyi simvolizə edir. Bu rəqəmin təsiri altında olan insanlar tez-tez məsuliyyətli və həyata yanaşmalarında təşkilatçı olurlar. Onlar güclü iş etikasına malikdirlər və uğura çox yönəlmişlər, bəzən həddindən artıq.
"Sizin missiyanız bütün ağır zəhməti işlə öz əməyinin bəhrələrindən həzz almaqla tarazlaşdırmaqdır", deyə müəlliflər əlavə edirlər.
Numerologiyada 5 rəqəminin mənası
Beşlik dəyişikliklərin, azadlığın, macəranın və universalıqın simvoludur. Numroloqlar deyirlər ki, onun təsiri altında olan insanlar xəyalpərəst, narahat və açıq olurlar. Onlar dinamik mühitdə inkişaf edir və yeni təcrübələri həvəslə qarşılayırlar. Amma onlar öz üsyankar tərəflərini tarazlaşdırmağı və ideyalarını inkişaf etdirmək üçün düzgün məkan tapmağı öyrənməlidirlər, deyə qaynaq yazır.
Numerologiyada 6 rəqəminin mənası
Numerologiyada Altılıq qayğıkeşliyi, sevgiyi, məsuliyyəti və məişət rahatlığını ifadə edir. Bu rəqəmlə əlaqəli olanlar tez-tez ailə və icmaya qarşı öhdəlik hiss edirlər. Ətrafınızdakılar sizi qayğıkeş və məsuliyyətli adam hesab edə bilərlər.
"Tez-tez gündəlik həyatın aspektlərində itirdiyinizi hissedə bilərsiniz, buna görə də sizin vəzifəniz ən az müqavimət yolunu seçmək və gündəlik sehr axtarmaqdır", deyə müəlliflər əlavə edirlər.
Numerologiyada 7 rəqəminin mənası
Numerologiyada yeddilik ulduzların ilahi hikməti ilə əlaqəni simvolizə edir. Əgər bu rəqəm sizlə rezonans verirsə, o zaman sizin öz ruhani məsləkətçilərinizlə və ya aktiv üçüncü göz mərkəzinizlə dərin şəxsi əlaqəniz ola bilər.
"Siz ruhaniliyə qarşı istedada maliksiniz, amma diqqətli olmasanız, yalnız özünüzə diqqət yetirməklə eqosit ola bilərsiniz. Sizin məqsədiniz özünürealizasiya ilə dünyəvi əlaqələriniz arasında tarazlıq tapmaqdır", deyə materialda göstərilir.
Numerologiyada 8 rəqəminin mənası
Səkkizlik, öz növbəsində, bolluğu, uğuru, nüfuzu və nailiyyətləri simvolizə edir. Onun təsir etdiyi insanları tez-tez həyat üçün aydın planı olan təşəbbüskar şəxsiyyətlər kimi xarakterizə etmək olar. Numroloqların fikrincə, onlar güclü liderlik keyfiyyətlərinə malikdirlər və öz arzularını reallığa çevirə bilirlər. Onlar üçün nüfuzun həyatlarını idarə etməsinə imkan verməməyin vacib olduğu qeyd olunur.
Numerologiyada 9 rəqəminin mənası
Numerologiyada doqquzluq birliyi, şəfqəti və fədakarlığı ifadə edir. Onun təsiri altında yaşayan insanlar tez-tez ümumi dünya mənzərəsi ilə ilahi əlaqə hiss edir, kainat sevgisi və kollektiv maariflənmə ruhunu bölüşürlər, materialda deyilir.
Onlar üçün hərəkətverici qüvvə dünyaya müsbət təsir göstərmək istəyidir. Lakin onlar da başqalarının həyatında iz qoya bilməzdən əvvəl, böyük kosmik quruluşda öz yerinin harada olduğunu anlamalıdırlar.
Qeyd: Astrologiya, tarologiya, nümrolojiya, xiromantiya, ekstrasensika və digər oxşar təcrübələr elmi fənlər deyil. Onlar qədim ənənələr, inanclar və elmi tədqiqatlarla təsdiq edilməyən və onların effektivliyi barədə obyektiv dəlilləri olmayan şərh və təfsirlərə əsaslanır. Bu üsullar akademik elmi dairələrdə tanınmır və bu mövzulardakı materiallar tez-tez əyləndirici xarakter daşıyır - onları qərarlar qəbul etmək və ya planlar hazırlamaq üçün etibarlı vasitə kimi qiymətləndirmək olmaz. Psixologiya və ya sağlamlıqla bağlı məsələləri həll edərkən həmişə elmi mütəxəssislərə müraciət etmək tövsiyə olunur.
Samir

