Səkkizayaqlılar təbiətin ən qəribə canlılarından sayılır. Onların sümükləri yoxdur, lakin dimdikləri və hər bir bucaqda ayrıca “mini beyin”ləri mövcuddur.
Hit.az xəbər verir ki, "IFLScience" nəşrinin yazdığına görə, məşhur yunan filosofu Aristotel səkkizayaqlılar haqqında yanlış fikir yürüdüb.
O, "Heyvanların tarixi" adlı əsərində yazırdı ki, səkkizayaqlı axmaq canlıdır, çünki suya salınmış insan əlini özünə tərəf çəkir.
Bu fikri Pliniy kimi digər qədim müəlliflər də paylaşırdı və səkkizayaqlıları zəif intellektli hesab edirdilər.
Lakin müasir tədqiqatlar göstərir ki, bu dəniz canlıları labirintlərdən çıxış yolu tapa bilir, özlərini qorumaq üçün alətlərdən istifadə edirlər və başqalarına baxaraq öyrənmə qabiliyyətinə malikdirlər. Hətta bəzən onlara qarşı edilən hərəkətləri “yadda saxlayaraq” müəyyən canlılara qarşı qərəz göstərə bilirlər.
Fransanın Kaan Normandiya Universitetinin "EthoS" heyvan və insan etologiyası laboratoriyasından bioloq Liza Ponse 2021-ci ildə "The Conversation" üçün yazdığı məqalədə qeyd edib:
“Səkkizayaqlılar intellektin bütün meyarlarına cavab verir. Onlar məlumat toplamaqda son dərəcə çevik davranırlar”.
Onun sözlərinə görə, canlıların ağıllılığının əsas göstəricilərindən biri bitib-tükənməyən maraqdır. Aristotel tərəfindən “axmaqlıq” kimi qəbul edilən davranış, əslində, yüksək intellektin əlamətidir.
“Onlar akvariumlarına düşən əlləri, torları və ya digər əşyaları tutmağa vaxt sərf edir, sonra özləri qərar verirlər ki, nə vaxt buraxsınlar. Deyəsən, o qədər də axmaq deyillər, eləmi, Aristotel?”, deyə Ponse əlavə edib.
Səkkizayaqlılar sevimli bucaqlarına malikdir
ABŞ alimləri müəyyən ediblər ki, səkkizayaqlılar bəzi bucaqlarını digərlərindən daha çox sevir və müəyyən tapşırıqlarda onlardan daha çox istifadə edirlər. Bu qənaətə alimlər Atlantik okeanı və Karib dənizində aparılan video müşahidələr nəticəsində gəliblər.
Neapol Universitetinin zoologiya professoru Mixail Kuba illərdir bu canlıları öyrənir və sözügedən araşdırmada iştirak edən mütəxəssislərdən biri olub.
Samir


