Ritual etməklə məqsədə çatmaq olur?

MARAQLI
22:15 / 04.11.2025
37

Məqsədə çatmaq üçün çabalamaq, oxumaq, çoxlu işləmək yox sam yandırmaqla istəyə çatmaq olurmuş. 

Son zamanlar sosial şəbəkədə müxtəlif rəngli şamları yandırmaqla arzu çatmağa mümkün olduğu iddia edilir.

Məsələn, yaşıl rəngli şam yandırmaqla ruzi bolluğu, qırmızı sevgi yollarını açır, qara rəngli şam isə cadudan təmizləyirmiş.

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, şam yandırmaq, tüstü üfürmək cəhalətdən, keçmişdən qalma arxaik cahillik dövrünün nadan davranışıdır:

 “Şamlar və tütsülər insanın sinir sisteminə sakitləşdirici təsir göstərir və necə deyərlər, bu ritualları daha da sehirli hala gətirir. Bu şamların satışı isə işin marketinq tərəfidir. Şam yandırmaqla istəyə, arzuya çatılmır. Belə olsa idi, hər kəs istədiyi arzuya uyğun şam yandırıb, problemlərini həll edərdi. İnsanları aldatmaq üçün bu cür əməllərdən istifadə edirlər".

Sevinc

0