Niyə gəmilərin sürəti "düyün"lə ölçülür və bu ənənə haradan yaranıb?

MARAQLI
20:37 / 07.11.2025
54

Bugünkü dəniz naviqasiyası hələ də “düyün” ölçüsündən geniş istifadə edir. Bəs gəmilərin sürəti niyə “düyün”lə ölçülür və bu qeyri-adi üsul necə yaranıb.

HİT.az xəbər verir ki, bu jalopnik.com portalı yazıb.

Bir “düyün” saatda bir dəniz milinə bərabərdir (bir dəniz mili – 1,852 kilometrdir). Məqalədə qeyd olunur ki, peyklər və hidroloqatorlar dövründən əvvəl dənizçilər öz hərəkət sürətlərini ip, taxta parçası və bir neçə düyün vasitəsilə təyin edirdilər.

Təxminən 1500-cü ildə portuqaliyalı dənizçi Bartolomeu Kreşensiu bu ideyanı ilk dəfə tətbiq etmişdi. O, sürətini suda üzən obyektlərə baxaraq müəyyən edirdi. Bir neçə onillik sonra holland dənizçilər “çip-laq” adlanan üsuldan istifadə etməyə başlayıblar: bu, müəyyən məsafələrlə düyünlər bağlanmış bir ipin ucuna bərkidilmiş taxta parçası olub. Bu üsul həm də “holland laqı” kimi tanınıb.

Komanda taxtanı gəminin arxasından suya atır, onun arxadan sürüşməsinə icazə verirdi. Daha sonra onlar müəyyən vaxt ərzində (qum saatının köməyi ilə) əllərindən keçən düyünlərin sayını sayırdılar. Əgər çox düyün keçirdisə – gəmi daha sürətli idi; az keçirdisə – daha yavaş. Beləcə “düyün” anlayışı yaranaraq məsafə deyil, sürət ölçüsü kimi ümumi qəbul edilmiş bir terminə çevrilib.

Bu gün dənizçilərin artıq arxadan taxta atmasına ehtiyac yoxdur. Müasir kapitanlar sürəti GPS sistemi, ultrasəs sensorları və “Doppler” radarı vasitəsilə dəqiqliklə müəyyən edirlər.

Lakin maraqlıdır ki, dəniz naviqasiyası hələ də “düyün” ölçüsündən imtina etməyib. Bu göstərici gəmi və ya qayıq sürətinin izlənməsi, kursun tənzimlənməsi və dəniz qaydalarına riayət olunması üçün əsas vasitə olaraq qalır. Müasir nəhəng yaxtalar, kruiz və yük gəmiləri də sürətlərini “düyün”lə ölçürlər. Hətta aviasiya sahəsində də uçuş planlaşdırılması və icrasında “düyün” ölçüsü geniş istifadə olunur.

Məqalənin müəllifi yazır: “Köhnə sistemin cazibəsi onun sadə, amma ağıllı olmasındadır. Bu gün intuisiyanı proqram təminatı və qabaqcıl cihazlarla əvəz etmişik, amma siqnal gücünə deyil, bacarığa əsaslanan bu ölçü üsulunda hələ də bir sehr var. Dəniz milləri saatda demək çətindir, ona görə də "düyün" daha münasib ifadədir".

Samir
 

0