Astroloq Sai Avani bəzi illərdə doğulan insanların “sakit güc” adlandırılan təbii daxili enerjiyə sahib olduğunu deyib. O, bu insanların özünə inamının və dözümlülüyünün nümayişə ehtiyac duymadığını bildirib.
Hit.az xəbər verir ki, bu barədə “YourTango” yazır.
Avaninin sözlərinə görə, Saturn və Pluton kimi yavaş hərəkət edən planetlər bütöv nəsillərin xüsusiyyətlərini formalaşdırır, onların digər göy cisimləri ilə birləşməsi isə eyni dünyagörüşünə malik “mikronəsillər” yaradır.
1980–1983: Strateji sülh yaradıcıları
Bu illərdə doğulanlar Tərəzi bürcündəki Saturn və Plutonun təsiri altındadır. Onlar təbii diplomatiya bacarığına malikdirlər və həyatlarında daim balans axtarırlar. Zamanla həyatlarını idarə etməyi və harmoniya yaratmağı öyrənirlər.
1982–1985: Ağrıdan doğan güc
Əqrəb bürcündə Saturn və Plutonun təsiri bu insanlara dərin emosional təcrübə və güclü daxili dayanıqlıq bəxş edir. Onlar çətinlikləri aşaraq “ağrını gücə çevirir” və böyük mənəvi möhkəmliyə sahib olurlar.
1985–1988: Fəlsəfi üsyançılar
Oxatan bürcündə Saturn və Uranın birləşməsi bu nəsli azad düşüncəli və radikal baxışlı edir. Onlar ənənəvi həqiqətləri sorğulayan, fərqli fikir yürüdən insanlardır, lakin bəzən öz düşüncələrini ifadə etməkdə çətinlik çəkirlər.
1988–1991: Praktik idealistlər
Oğlaq bürcündə Saturn, Uran və Neptunun birləşməsi bu insanlara həm intizam, həm də xəyal gücü qazandırır. Onlarda yaradıcılıq və realist düşüncə eyni anda mövcuddur. “Əgər hər şeyi həddindən artıq ciddi qəbul etməyi dayandırsalar, böyük uğur əldə edə bilərlər", deyə Avani bildirir.
2000–2003: İnanc axtaranlar
Bu nəsil təbii optimizmə və həyatın mənasını tapmaq istəyinə malikdir. Onlar daimi dəyişikliklərə uyğunlaşa bilir və çətin anlarda belə yaxşılığa inamı qoruyurlar.
Avani nəticə olaraq qeyd edib: “Onların gücü sakitlikdə, dərinlikdə və təcrübə ilə böyümə bacarığındadır. Onlar ən qaranlıq zamanlarda belə işıq daşıyanlardır".
Qeyd: Astrologiya, tərrologiya, numerologiya, hiromantiya və digər bu kimi sahələr elmi fənlər hesab edilmir. Onlar qədim inanclara və simvolik yozumlara əsaslanır, elmi sübutlarla təsdiqlənməyib və obyektiv nəticə vermir. Bu məlumatlar əyləncə xarakteri daşıyır və həyatla bağlı qərarların qəbulunda əsas kimi istifadə edilməməlidir. Psixoloji və ya sağlamlıq məsələlərində həmişə peşəkar mütəxəssislərə müraciət edilməlidir.
Samir


