Əcnəbi uşaqların burnunda da çöp qalır?

MARAQLI
18:59 / 07.11.2025
52

Çöpçü mövzusu hər zaman aktual olub. Əksəriyyət çöpçülərə inandığını, burnunda çöp qaldığı üçün övladının qızdırmasının qalxdığını, vəziyyətinin pisləşdiyini, həkimə müraciət etsə də bir nəticəsi olmadığını, lakin çöpçü yanına apardıqdan sonra əvvəlki sağlamlığına qovuşduğunu qeyd edir. Ancaq elm isə bunun əksini iddia edir. 

Pediatr Mətanət Əliyevə Hit.az-a deyib ki, çöp məsələsi yalnız Azərbaycan cəmiyyətində mövcuddur: 

“Nə hikmətdirsə, bizim millətdən başqa digər əcnəbi uşaqların burnunda çöp qalmır. Çöpçü ağzı ilə uşağın ağız və burnunu üfürür, özündəki infeksiyanı uşağa salır. Nəsə xoşagəlməz hadisə olsa, həkimə müraciət etmək lazımdır, çöpçüyə yox”.

Sevinc

0