Qucaqlaşmaq, qucaqlamaq və bir-birinə toxunmaq bir çox dərdə çarədir.
Hit.az xəbər verir ki, qucaqlaşmaq bağlılıq, sevgi, sosiallaşma, qarşı tərəfi anlama və narahatlıqların sakitləşməsini təmin edir.
Bu hormon çatışmayanda özünü bəyənmə, güvənsizlik, cəmiyyətdən uzaqlaşma, psixoloji narahatlıq, yalana meyl artır.
Qucaqlaşan və bir-birinə toxunan zaman oksitosin hormonu ifraz olunur. Nəticədə insan özünü daha yaxşı və xoşbəxt hiss edir. Bu hormon stressə qarşı nevroloji maneə yaradır.
Aparılan araşdırmalara görə oksitosin ifraz olunan zaman özünüzə yaxın insanın yanınızda olması stressə sakit və rahat reaksiya verməyinizi təmin edir.
Sevinc


