Niyə "Boeing" təyyarələrinin burnu iti, "Airbus"da isə isə dairəvidir?

MARAQLI
19:36 / 18.11.2025
39

"Boeing" və "Airbus" şirkətləri ən məşhur müasir sərnişin təyyarələrinin əksəriyyətini istehsal edirlər. Onları ən sadə şəkildə ayırmaq üçün burunlarına baxmaq kifayətdir: "Boeing" təyyarələrinin burnu daha uzun və iti, quş dimdiyinə bənzəyir, "Airbus"ların isə daha dairəvi və yumşaq əyilməli burun forması var. 

HİT.az xəbər verir ki, Jalopnik.com portalının izahına görə, bu fərq yalnız estetik seçim deyil, uzun illər ərzində formalaşmış mühəndislik fəlsəfəsi və aerodinamika tarixi nəticəsidir.

"Boeing" və iti burnun tarixi

"Boeing"in iti burun tendensiyası ilk B17 və 747 təyyarələrindən 1916-cı ildən başlayıb. O dövrdə aviasiya mühəndisləri hesab edirdilər ki, iti burun hava müqavimətini azaldır və təyyarənin havada daha sürətli hərəkət etməsini təmin edir.

"Airbus" və dairəvi burun

"Airbus" isə daha gec, 1970-ci illərdə meydana çıxıb. Kompüter modelləşdirməsi göstərib ki, səsdən aşağı sürətlərdə (1 Mach-dan aşağı) daha dairəvi burun forması hava müqavimətini azaldır və hava axınının hamar hərəkət etməsini təmin edir.

Aerodinamikaya aid olmayan səbəblər

Təyyarənin burnu həmçinin mühüm komponentlərin – meteoradar, avionika və s. – yerləşdiyi əsas yer kimi xidmət edir. Bu komponentlərin burun daxilində yerləşməsi də təyyarənin ön konturuna təsir edir.

"Airbus"da burun daha dairəvi olduğundan daha çox sərbəst yer olur. Məsələn, A380 modelində pilot kabini iki dek arasında yerləşir, "Boeing" 747-də olduğu kimi üzərində deyil. Bu dizayn yük əməliyyatlarını və sərnişin enişini asanlaşdırmaq üçün nəzərdə tutulub. Belə yerləşim daha böyük və dairəvi burun tələb edir, həm də lazım olan komponentləri yerləşdirməyə imkan verir.

"Boeing"də isə iti burun və dar gövdə mühəndislərə komponentlər üçün daha az yer buraxır, buna görə radar antenaları və naqillər kimi bütün elementlər uzun, iti konus daxilində yerləşdirilir.

"Boeing"in "Airbus"dan ilham alması

Əvvəllər "Boeing" və "Airbus" dizayn fəlsəfələri arasında aydın fərq var idi, amma indi bu fərqlər yavaş-yavaş itir. Yeni "Boeing" təyyarələri müasir aerodinamika və yanacaq effektivliyinə görə "Airbus" dizayn xüsusiyyətlərini götürür.

Məsələn, "Boeing 787 Dreamliner" dimdiyə bənzər formadan imtina edib və "Airbus" təyyarələrinin ön hissəsi ilə səsüstü reaktiv təyyarələrin qarışığına oxşayır. Bu dizayn yanacaq səmərəliliyini artırır və "Boeing-ə 787 Dreamliner" ilə 10 710 mil məsafəyə rekord uçuş etmək imkanı verir. Gələcək 777X modeli də eyni dizayn fəlsəfəsini davam etdirir.

Samir
 

0