Emosional yetkin olmayan insanlar tənqidə ən kiçik toxunuşda belə müdafiə mövqeyi tuturlar, daim günahı başqalarına yönəldir və sonra danışanın vicdanına təsir edərək özlərini haqqlı göstərməyə çalışırlar.
Hit.az xəbər verir ki, psixoloqlar “CNBC” nəşrinə açıqlamalarında emosional yetkin olmayan insanların çox vaxt düşünmədən avtomatik şəkildə işlətdiyi 12 ifadəni müəyyən ediblər. Yoxlayın, siz də bu cür danışırsınızmı və bu ifadələrdən çəkinməyə çalışın.
1.“Bu mənim günahım deyil”.
Emosional yetkin olmayan insanlar nəsə yolunda getməyəndə məsuliyyəti öz üzərlərinə almır və dərhal günahsız olduqlarını bildirirlər.
2.“Sən bunu etməsəydin, belə olmazdı”.
Bu insanlar məsuliyyətdən qaçmaq üçün baş verənlərə görə sizi və ya başqasını günahkar göstərirlər.
3.“Mən sənə izahat verməli deyiləm”.
Bu ifadə səmimi ünsiyyətdən və real məsuliyyətdən yayınma üsuludur.
4.“Sən həddindən artıq reaksiya verirsən” / “Sən çox həssassan”.
Bu ifadə həm qazlaytinqdir, həm də günahı qarşı tərəfə yükləmə cəhdidir.
5.“Hara istəyirsən”.
Bu, ünsiyyəti bağlamaq və mövzudan uzaqlaşmaq üçün emosional yetkin olmayan yanaşmadır.
6.“Nədən danışırsan? Mən belə deməmişəm!”
Belə insanlar həm özləri, həm də başqaları üçün reallığı dəyişdirməyə meyllidirlər.
8.“Bu, sənin problemin, mənim yox”.
Onlar mürəkkəb situasiyaların həllindən yayınır və məsuliyyəti başqasının üzərinə atırlar.
8.“Sən hər şeyi şişirdirsən!”
Bu ifadə ilə qarşı tərəfin narahatlığı görməzlikdən gəlinir və reaksiyası kiçildilir.
9.“Sən keçmişdən danışırsan”.
Belə insanlar öz səhvlərini etiraf etməkdən qaçır və problemlərin həll edilmədən üstündən keçilməsini üstün tuturlar.
10.“Mən sadəcə zarafat etdim!”
Bu, kimisə tənqid edib sonra məsuliyyətdən qaçmaq üçün istifadə olunan ifadədir.
11.“Sən həmişə…” / “Sən heç vaxt…”
Onlar geniş ümumiləşdirmələrə əl atır və konstruktiv dialoq əvəzinə ittiham dolu açıqlamalar səsləndirirlər.
12.“Hamı belə edir!”
Bu ifadə etdiklərini haqlı göstərmək və məsuliyyətdən yayınmaq üçün işlədirlər.
Samir


