NASA-nın Antarktikanı öyrənmək üçün həyata keçirdiyi bir layihə, mənbəyi müəyyən edilə bilməyən qeyri-adi radio siqnalları ortaya çıxarıb. 2016 ilə 2018-ci illər arasında aparılan işə baxmayaraq, bu siqnallar hələ də dəqiq bir izaha qovuşdurulmayıb. Bu sirr, beynəlxalq tədqiqat qrupunu layihəni yenidən diqqət mərkəzinə götürməyə yönəldib.
HİT.az xəbər verir ki, NASA-nın layihəsinin adı ANITA idi. Şarla daşınan bir sıra cihazdan ibarət olan ANITA, Antarktika buz qatınının üzərində süzülərək Yer atmosferindəki kosmik şüaları öyrənmək üçün dizayn edilmişdi. Əsas məqsəd, kosmik hadisələrin yaratdığı radio dalğalarını aşkar etmək idi. Amma alimlərin gözləmədiyi bir şey baş verib: ANITA, izahı çəkin bəzi siqnallar yaxalayıb. Bu siqnallar yuxarı doğru bir istiqamət göstərib. Yəni sanki buzun altından yüksəlib və məlum olan heç bir kosmik təsir bu davranışla uyğun gəlməyib.
ANITA-nın buraxdığı yerdən davam edən tədqiqat qrupu, Pyer Ojer Rəsədxanasından istifadə edərək 2004-cü ildən 2018-ci ilə qədər olan məlumatlarda oxşar siqnallar axtarıb. Cəmi bir dənə ANITA-ya bənzəyən hadisə tapıla bilib. Müxtəlif nəzəriyyələr irəli sürülsə də, ən güclü ehtimal, yuxarı doğru hərəkət edən kosmik hissəcik yağışları kimi görünür. Tədqiqatın nəticələri, 2025-ci ildə "Physical Review Letters" jurnalında "Pyer Ojer Rəsədxanasından istifadə edərək ANITA tərəfindən aşkar edilmiş qeyri-adi hadisələrin axtarışı" başlığı ilə dərc olunub.
Dünyanın ən böyük kosmik şüa detektoru olan Pyer Ojer Rəsədxanası iki əsas sistemlə işləyir. Yerə yerləşdirilmiş su çənləri, Yerə çatan hissəcik yağışlarını aşkar edir və xüsusi teleskoplar, atmosferdəki bu yağışlar keçərkən yaranan çox zəif işımağı müşahidə edir. Normal şəraitdə kosmik şüalar kosmosdan aşağı doğru gəlir və bu iki sistem birlikdə istifadə edilərək izlənə bilər. Amma ANITA-nın yaxaladığı yuxarı istiqamətli siqnallar yerdəki detektorları işə salmır. Buna görə də qrup, sirri həll etmək üçün yalnız teleskop məlumatlarına etibar etmək məcburiyyətində qalıb.
Tədqiqatçılar, həm normal kosmik şüa yağışlarını, həm də nəzəri olaraq yuxarı doğru hərəkət edən yağışları modelləşdirmək üçün milyonlarla nəhəng simulyasiya işlədib. Beləliklə, həqiqi yuxarı istiqamətli hadisələri səhv təyin edilmiş siqnallardan ayıra biləcəkləri hərtərəfli bir məlumat dəsti yaradıblar.
Bütün testlərə, xəta aradan qaldırılmalarına və dəyişikliklərə baxmayaraq, cəmi bir ANITA-oxşar hadisənin aşkar edilməsi, bu anomaliyaların sadəcə yuxarı istiqamətli hissəcik yağışları ilə izahlana bilməyəcəyini göstərib. Tədqiqat hələ ki, aydın bir nəticə təqdim etmir və sirr tamamilə həll edilmiş deyil.
Hətta dəqiq bir cavab tapıla bilməsə də, tədqiqatçılar ümidlərini itirmirlər. Onlar ANITA-ya bənzəyən yeni bir balon layihəsinin yanında, yalnız kosmik hissəcik siqnallarını aşkar etməyə diqqət yetirən xüsusi bir detektor üzərində işləyirlər. Gələcəkdə həyata keçiriləcək bu hədəfə yönəlmiş işlər, illərdir həll edilə bilməyən siqnalların arxasındakı həqiqəti aşkara çıxara bilər.
Hələlik tədqiqatçıların edə bildiyi tək şey, ANITA-nın aşkar etdiyi radio dalğalarının hələ ki, tam olaraq məna verilə bilməyən bir kosmik təsir olduğu istiqamətində təxmin yürütməkdir. Amma texnologiya inkişaf etdikcə və müşahidə imkanları artdıqca, onlar bu qəribə hadisənin mənbəyinin aydınlaşacağına inanırlar.
Bu və bənzəri tədqiqatlar, kainatın və hətta planetimizin hələ də kəşf edilməmiş sirlərlə dolu olduğunu xatırladır. Antarktika belə gözləntiləri alt-üst etməyə davam edir. Buzun altında həyat olduğu kəşf edilən bölgələr ilə alimləri təəccübləndirməyə davam edir. Yeni layihələrlə birlikdə, bu sirli Antarktika anomalyası haqqında daha çox şey öyrənmək mümkün ola bilər.
Samir


