NASA-nın Mars simulyasiyasında ilk ay tamamlandı - 344 gün daha qalır

MARAQLI
19:14 / 26.11.2025
23

NASA-nın Kosmik Mərkəzi, dörd nəfərlik könüllü komandanın Marsa bənzər yaşayış mühitində tam bir ayı tamamladığını elan edib. Lakin komandanın vəzifəsi hələ yeni sayılır: onların qarşısında hələ 344 gün durur.

HİT.az xəbər verir ki, Kosmik Mərkəzin komandası, CHAPEA (Ekip Sağlamlığı və Performansı Kəşfiyyat Analoqu) adlanan missiya çərçivəsində 19 Oktyabrda Mars Dune Alpha adlı yaşayış məntəqəsinə daxil olduqları anları göstərən qısa bir video da yayımlayıb. Bu missiya NASA-nın əvvəl Aya, daha sonra isə insanlı Mars missiyasına hazırlaşmasına dəstək olmağı hədəfləyir.

Marsa bənzər mühitdə olan dörd könüllü:

* Ross Elder: ABŞ Hava Qüvvələrində eksperimental test pilotu
* Ellen Ellis: ABŞ Kosmik Qüvvələrində polkovnik və təchizat zabiti
* Matthew Montgomery: Avadanlıq dizaynı məsləhətçisi
* James Spicer: Hava və müdafiə sənayesində texniki direktor

Bu komanda NASA-nın gələcək dərin kosmos missiyaları üçün insan sağlamlığı və performansına yönəlmiş məlumat toplamasına kömək edir.

Huystondakı Kosmik Mərkəzə quraşdırılan 1.700 kvadratmetrlik yaşayış məntəqəsi real Mars missiyasının şəraitini təqlid edəcək şəkildə dizayn edilib. Bu, NASA-ya Yer orbitindən daha uzaq bölgələrdə həyata keçiriləcək missiyalar üçün komanda davranışlarını və sağlamlıq vəziyyətlərini ətraflı şəkildə öyrənməyə imkan verir.

Yaşayış məntəqəsində həyat bəzən çətin ola bilər. Komanda aşağıdakı şərtlərlə məşğul olmalıdır:

* Məhdud resurslar
* Texniki avadanlıq nasazlıqları
* Təcrid və məhdud sahədə uzun müddət yaşamaq
* Rabitə gecikmələri
* Yaşayış məntəqəsinin saxlanması
* Gündəlik vəzifələr və bitki yetişdirilməsi

Bütün bu amillər Mars səthində qarşılaşıla biləcək problemlərin olduğu kimi simulyasiyasını yaradır.

Təxminən doqquz otaqdan ibarət olan quruluşda:

* Ümumi vanna otağı,
* Yemək və ictimailəşmə sahəsi,
* Hər bir komanda üzvü üçün şəxsi yataq otaqları var.

Yaşayış məntəqəsinin yanında yerləşən xüsusi bölmə isə Mars səthini təqlid edir və komanda burada "Mars səyahətləri" həyata keçirərək missiya ssenarilərini tətbiq edir.

Bu, NASA-nın ilk simulyasiya missiyası deyil. Oxşar bir iş keçən il iyul ayında tamamlandı. 378 gün davam edən missiyadan sonra komanda üzvü Kellay Heston yaşadıqları təcrübəni belə izah etmişdi:

"Qarşılaşdığımız hər bir çətinliyi komanda olaraq və aldığımız təlimlə aşdıq. Hər gün yeni maneələr var idi, amma eyni zamanda öyrənmək və inkişaf etdirmək üçün yeni fürsətlər də təqdim etdi".

Samir
 

0