Marsda saat daha sürətli işləyir: Alimlər ilk dəfə Qırmızı Planetdə dəqiq vaxtı hesabladı

MARAQLI
20:37 / 04.12.2025
29

Standartlar və Texnologiyalar üzrə Milli İnstitutun (NIST) fizikləri NASA-nın Qırmızı Planetə gələcək missiyaları üçün həlledici əhəmiyyət kəsb edəcək bilikləri əldə edərək, ilk dəfə olaraq Yerlə Mars arasındakı dəqiq vaxt fərqini hesablayaraq yenilikçi kəşf ediblər.

HİT.az xəbər verir ki, "The Astronomical Journal" jurnalında dərc olunan NIST tədqiqatı Marsda saatın nə qədər sürətlə işləyəcəyi barədə dəqiq hesablamanı təqdim edir: orta hesabla gündə Yerdəkindən 477 mikrosaniyə daha sürətlə. Bu fərq, Marsın orbit formasından və ətrafdakı planetlərə təsir edən qüvvələrdən asılı olaraq artır və azalır.

NIST fizikləri Bidjunat Patla və Nil Eşbinin fikrincə, Qırmızı Planetin vaxtını anlamağın açarı onun Yerlə müqayisədə daha zəif cazibə qüvvəsində yatır. Marsın səthindəki cazibə qüvvəsi Yerdəkindən yalnız beşdə bir qədərdir ki, bu da vaxtın axışına təsir göstərir. Yerdə olduğu kimi daha güclü cazibə sahələrində saat, daha zəif olanlara nisbətən daha yavaş işləyir.

Qırmızı Planetin vaxtına onun Günəş ətrafındakı elliptik orbiti də təsir göstərir. Marsın orbiti il ərzində əhəmiyyətli dərəcədə dəyişir, onu Günəşə yaxınlaşdırır və uzaqlaşdırır. Bu, saatın gedişində gündə 226 mikrosaniyəyə qədər dəyişikliklərə səbəb olur - nisbətən sabit orbital mövqeyə və 56 mikrosaniyəlik proqnozlaşdırıla bilən vaxt axışına malik olan Aydan fərqli olaraq.

Bəlkə də Qırmızı Planetin vaxtının anlaşılmasının ən birbaşa tətbiqi, planetlərarası rabitə sistemlərinin işlənib hazırlanması olacaq. Hal-hazırda Yerlə Mars arasındakı rabitə dörd ilə 24 dəqiqə arasında gecikməyə malikdir və bu fərq, alimlər bu iki planet arasında vaxtı sinxronizasiya etməyi bacarsalar, aradan qaldırıla bilər.

Samir
 

0